Bakı Avtovağzalının ətrafında 5 istinad divarı tikilib

10.02.2016 - 14:34

yol4Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə-çökmə sahəsində hazırda aparılan bərpa-gücləndirmə işləri ilə bağlı açıqlama verilib.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin APA-ya verdiyi məlumata görə, ASC-nin sifarişi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” (keçmiş “Azərkörpü”) tərəfindən aparılır.

Bu günə qədər həmin ərazidə yamacın bərkidilməsi istiqamətində kifayət qədər iş görülüb, 16 metr uzunluğunda və 7 metr hündürlüyündə 5 ədəd istinad divarı inşa edilib. Divarlar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və smentasiya olunub. Avtobus dayanacağı və autletə (avtobus dayanacağının qarşısından keçən yol) gedən hissədə inyeksiya işləri görülüb, yer bir neçə yerdən 20-30 metr dərinlikdə deşilib, beton məhlulu tökülüb.

Bununla bərabər, mövcud istinad divarı ilə autletə gedən yolda yerləşən istinad davarı arasında 1200 mm diametr və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulur. Yamacın alt hissəsində 1200 mm diametrlik svay vurulub. Hazırda ərazidə tikiləcək 5 tavadan birində işlər aparılır. Yamacın aşağısında da 4 ədəd 15 metr uzunluğunda istinad divarının tikilməsi nəzərdə tutulub. Bu işlər tam olaraq yekunlaşdıqdan sonra avtomobil yolunun deformasiyaya uğramış hissəsinin bərpası istiqamətində addımlar atılacaq.

Qeyd edək ki, ötən il oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=53052

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728