ANS-in Apellyasiya şikayəti qismən təmin olunub
Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apelyasiya şikayətinə baxılıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Abid Abdinbəyov sədrlik edib. Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin olunub və Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib. İş təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilib.
Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 05 oktyabr 2015-ci il tarixli 9/2 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.
Xatırladaq ki, daha əvvəl Bakı Apelyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 12 apellyasiya şikayətinə baxılıb. Həmin şikayətlər üzrə Səbail Rayon Məhkəməsinin qərarları ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=53069