Fransa hökuməti kadr islahatına qərar verdi – Xarici işlər naziri istefaya göndərildi

10.02.2016 - 15:52

French Foreign Minister Laurent Fabius waves as he leaves the presidential Elysee Palace after attending the weekly cabinet meeting in Paris on August 1, 2012. AFP PHOTO BERTRAND LANGLOIS

Fransanın Xarici İşlər naziri Loran Fabius istefa verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Reuters» agentliyi məlumat verib.

Məlumata görə, nazir istefa qərarını Nazirlər Kabinetinin bugünkü iclasında elan edib.

Prezident Fransua Ollandın Fabiusun namizədliyinin ölkənin Konstitusiya Şurasının sədrliyinə irəli sürəcəyi gözlənilir. Fabius şurada bu postu 2007-ci ildən bu yana tutan Jan-Lui Debreni əvəzləyəcək.

«Reuters»in məlumatına görə, Fabiusun istefası hökumətin kadr dəyişikliyi istiqaəmindəki ilk addımıdır və həftə ərzində digər dəyişikliklər barədə də açıqlama veriləcək.

Loran Fabius nazir postunu 2008-ci ildən tuturdu. O, həm də Fransa tarixinin ən gənc baş naziri olub.

Fabius 1984-cü ildə 37 yaşındaykən Fransaya baş nazir təyin olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=53076

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728