Azərbaycanda vergi amnistiyasının tətbiqi təklif olundu

10.02.2016 - 15:54

vnAzərbaycanda vergi amnistiyası tətbiq edilməlidir. Rusiyada artıq bu, tətbiq edilib və bunun nəticələrini gözləmək də olar, gözləməmək də. Lakin biz də bunu tətbiq etməliyik.

“Report” bildirir ki, bunu Bakıda keçirilən vergi forumunda Amerika Ticarət Palatasının (AmCham) nümayəndəsi Nuran Kərimov deyib.

N.Kərimov qeyd edib ki, ölkədə sabit vergi dərəcələri tətbiq edilməlidir: “Əgər amnistiya tətbiq edilərsə, azərbaycanlı sahibkarlar xaricdə olan pullarını geri qaytarar. Ukrayna və Rusiyada sabit vergi dərəcələri tətbiq ediləndən sonra büdcə daxilolmaları artıb”.

N.Kərimov təklif edib ki, Vergilər Nazirliyinə sosial sığorta haqlarının yığılmasını tapşırmaq lazımdır: “Bu, mənim subyektiv fikrimdir ki, sosial sığorta haqlarının yığılması Vergilər Nazirliyinə tapşırılmalıdır”.

AmCham təmsilçisinin ƏDV-si ödənilmiş mallar ölkədən çıxarılan zaman həmin verginin geri qaytarılması ilə bağlı təklifə cavab olaraq vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, ötən il ərzində bu qaydada 2,190 mlrd. manat həcmində ƏDV geri ödənilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=53078

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728