İtmiş Malayziya təyyarəsini ərəb şahzadəsi qaçırıb?

24.03.2014 - 10:16

İtmiş Malayziya təyyarəsini ərəb şahzadəsi qaçırıb?

İtkin düşmüş Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsi barədə daha bir əfsanə yayılıb.
Məlum olduğu kimi, bu təyyarə yoxa çıxandan dünyanın çoxsaylı media quruluşları onunla bağlı minlərlə xəbər yayıblar. Hətta həmin təyyarənin başqa planetliər tərəfindən Aya endirildiyini də iddia edən KİV-lər var. 
Musavat.com urdujamaria.wordpress.com saytına istinadən məlumat verir ki, başqa bir əfsanə-xəbərə görə, həmin “Boeinf 777” markalı təyyarə Səudiyyə Ərəbistanında polis tərəfindən tapılıb.
Xəbərdə iddia olunur ki, itkin düşmüş təyyarə Ciddə şahzadəsi Sahram əl-Sandshoonun nəhəng ərazisi olan bağında aşkar edilib. O, yerli hüquq-mühafizə orqanlarının agentlikləri tərəfindən həbs edilib.
Maraqlıdır ki, şahzadə əl-Sandshoo itmiş “Boeing 777”-nin qara qutusunun satılması üçün elektron elan yayarkən şübhələrin hədəfinə çevrilib. Səudiyyə Ərəbistanının hakimiyyət orqanları polisə onun 43 il ərzində şahzadəsi olduğu Ciddə şəhərinin ətrafındakı böyük torpaq mülkiyyətinə axtarış məqsədilə daxil olmaq üçün order verib. Və həmin axtarışların nəticəsi olaraq da şahzadənin mülkündən itkin düşmüş təyyarə aşkarlanıb.
Bu hadisə ilə bağlı mətbuat konfransı keçirən Malayziyanın baş naziri Perdana Menteri bunları bildirib: “Biz itkin düşmüş təyyarəni Səudiyyə Ərəbistanında nəhayət ki, tapa bilmişik. Təyyarənin sərnişinləri sağ-salamat və yaxşı əhval-ruhiyyədədir. Açıq-aydın görünür ki, şahzadə onlara qoyun əti və şərabın bol olduğu banket verməklə sərnişinləri yaxşı yedirdib. Biz təəssüf edirik ki, bu xoşagəlməz insident baş verib. Ancaq yəqin siz də başa düşürsünüz ki, biz oğrular üçün məsuliyyət daşıya bilmərik”.
Malayziya Hava Yollarının baş icraçı direktoru Əhməd Jauhari Yəhya isə deyib ki, hələlik baş verənləri hüquqi cəhətdən izah etmək imkanında deyillər: “Ancaq hələlik yalnız ehtimal kimi demək olar ki, təyyarə yəqin havada uçuş halında olarkən qaçırılıb. Təyyarənin aeroportda endirilməsi də inandırıcı deyil. Biz eşitmişik ki, əl-Sandshoo nəsə soruşmaq bəhanəsi ilə pilotların kabinəsinə daxil ola bilib. Buna qədərsə stüardessaları da qorxudaraq onların əllərini bağlaya bilib. Biz bütün bunları qətiyyətlə pisləyirik və təyyarəni geri istəməklə yanaşı üzləşdiyimiz zərərin də ödənməsini tələb edirik”.
Sərnişinlərdən biri olan xanım Josie Kevin Teylor isə saytın əməkdaşına bildirib ki, baş verənlərdən bərk qorxub və bundan sonra Malayziya Hava Yollarının xidmətindən heç vaxt istifadə etməyəcək.
Sərnişin təyyarəsini qaçıran şahzadə əl-Sandshoo ilə bağlı hələ elə bir ciddi məlumat yoxdur. Çünki polis onu mediadan uzaq tutmağa çalışır. Bəzi gümanlara görə, avia aparatlarının xəstə həvəskarı olan şahzadə “Boeing 777”-ni qaçıraraq özünün digər təyyarələrinin arasına qatmaq istəyib.
Qeyd edək ki, bu xəbər rəsmən təsdiqini tapmayıb. Böyük ehtimalla yalandır. Lakin mövzu və məlumat maraqlı olduğu üçün onu oxucuların diqqətinə çatdırdıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=5310

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930