İlhamə Quliyevanın oğlu cinayət işindən danışdı
Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov adının cinayət işində hallanmasından danışıb.
Lent.az-ın redaksiyasına gəlib açıqlama verən xalq artistinin oğlu barəsində yazılan xəbərə bu cür münasibət bildirib: “Bəli, Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb. Amma mənim adım orada şahid qismində hallanır. Hazırda həmin işlə bağlı heç kimə qarşı ittiham irəli sürülməyib. Sübuta yetirilməmiş bir işdir. Saytlar yazıblar ki, “cinayəti sübuta yetirilibb, artıq cinayət məsuliyyətinə cəlb olunub. Dələduzluqda ittiham olunur”. Hamı haqqında çox söz deyirlər, barəmdə nəsə xəbər olanda dəqiqləşdirsinlər”.
Xalq artistinin oğlu O.Nadirov onu da əlavə edib ki, saxlanılması ilə bağlı xəbər yazan saytı məhkəməyə verəcək.
Qeyd edək ki, ötən gün aznews.az saytı O.Nadirov barəsində cinayət işi açılması xəbərini yazmışdı. Məlumatda bildirilirdi ki, Binəqədi rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur və həmin cinayət işində İ.Quliyevanın həbs etdirdiyi köməkçisi Mehriban Hüseynovanın üzünə durmaqla gündəmə gələn, O.Nadirovun dostu Vüqar Bəkirovun da adı keçir. Həmin xəbərdə o da qeyd olunmuşdu ki, bir müddətdir ki, davam edən istintaq prosesində hər iki şəxsin cinayəti artıq sübuta yetirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=53103