Erməni deputatdan Sərkisyana kəskin ittihamlar

24.03.2014 - 11:19

Erməni deputatdan Sərkisyana kəskin ittihamlar

“Erməni xalqının 80%-i qarət olunub”
“Cənab Sarkisyanlar siz artıq Ermənistandakı mövcud vəziyyətin fərqinə varmalısız”. 
Bunu Moderator.az Ermənistanın “Aykakan-Jamanak” nəşrinə istinadən xəbər verir. Erməni nəşrinin verdiyi məlumata görə, bu sözləri Ermənistan Milli Konqresinin üzvü, deputat Nikol Paşinyan keçirilən mitinq zamanı  nazir və preidentə səslənərək deyib. Onun sözlərinə görə, Serj Sarkisyan 80% erməni əhalisinin onun istefasını istədiyinin fərqindədir:
“Ümumiyyətlə, hər iki Sarkisyan özlərinin bu ölkədə kim olduqlarını və hansı səviyyəyə malik olduqlarını dərk etməlidirlər. Bu gün “Azadlıq” meydanına toplaşan bu qədər insanın və o cümlədən erməni xalqının hər şeyini əlindən alıblar, az qalıblar dərilərini də soysunlar. Ermənistanda 20% olan elit təbəqə qalan 80% təbəqəyə necə yaşamağı diktə edir. Mən bu gün bu sözləri 5, 10 və ya 50 dram üçün demirəm. Mən 80 % xalqın adından demokratiya və konstitusiya üçün danışıram. Bu gün  Ermənistan hakimiyyəti pul axtarışındadır. Lakin onlara səslənərək demək istəyirəm ki, artıq 80% xalqı qarət etmisiz. İndi onların içində pul axtarmaq düzgün deyil. Xalqın cibinə toxunmayın. Sizə axarı olan pul lazımdırsa, o zaman korrupsiyalaşmış məmurlara və ya oliqarxlara müraciət edin. Beynəlxalq “Global Financial İntegrity” şirkətinin apardığı araşdırmalara əsasən, Ermənistandan qanunsuz olaraq, 6.2 milyard dollar maddi vəsait çıxarılıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5315

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930