“Günəşli” yatağında təmir-bərpa işlərinə başlanılacaq

11.02.2016 - 11:22

gunesli“Günəşli” yatağındakı 10-cu dəniz özülündə yanğın söndürüldükdən sonra platformada təmir- bərpa və quyuların yenidən xəttə qoşulması istiqamətində işlərə başlanılacaq, Azneft İstehsalat Birliyi deyir.

Azərbaycan Dövlət Neft Şirkətinin məlumatına görə, 2 aydan çoxdur davam edən yanğın çərşənbə axşamı tam söndürülüb.

Günəşli yatağında yanğın ötən ilin dekabrın 4-də platformada baş vermiş qəza nəticəsində başlayıb. Həmin zaman özüldə 63 nəfərin olduğu bildirilib.

Bu günədək 33 nəfər xilas edilib, 12 nəfərin cəsədi tapılıb, 18 nəfər isə itkin hesab olunur.
Azneft İstehsalat Birliyindən BBC Azərbaycancaya deyilib ki, itkin düşınlərin axtarışı hələ də davam etdirilir.

Qurum təmir müddətində özülə dəyən ziyanın hesablanacağını və təmirdən sonra hasilatın davam etdiriləcəyini də bildirib (BBC).

Short URL: http://www.cumhuriyyet.net/?p=53181

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728