150 minlik qoşun bu tarixdə Suriyaya girəcək
ABŞ-ın CNN telekanalı Səudiyyə Ərəbistanının gələn ay Suriyaya girəcəyini iddia edib.
Axar.az xəbər verir ki, telekanalın məlumatına görə, koalisiya Suriyaya Türkiyədən girəcək.
Adı açıqlanmayan mənbə koalisiyaya Səudiyyə Ərəbistanından başqa Misir, Sudan, İordaniya, Mərakeş, Küveyt, BƏƏ, Bəhreyn, Qətər və Türkiyənin qoşulduğunu bildirib. Əməliyyatın ilkin mərhələsində isə 150 minlik canlı qüvvə Suriyaya yeridiləcək.
Xatırladaq ki, Ər-Riyad İŞİD-ə qarşı beynəlxalq koalisiyaya quru əməliyyatları zamanı dəstək verməyə hazır olduğunu açıqlayıb. ABŞ Müdafiə naziri Eşton Karter səudiyyəlilərin bu təklifini məmnuniyyətlə qarşıladıqlarını bildirmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=53187