Amerikalı general mətbuat konfransında özündən getdi – VİDEO
ABŞ Hərbi Hava Qüvvələrinin generalı Ceyms Martin Pentaqonda keçirilən mətbuat konfransı zamanı özündən gedib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, konfrans ABŞ qırıcılarının büdcəsinin müzakirəsi ilə bağlı olub.
ABŞ-ın yeni «F-35» qırıcısı haqqında məlumat verərkən general-mayorun halı qəfildən pisləşib və o çıxış etdiyi tribunada aşağıya çöküb. İlkin müdaxilənin ardından C.Martin xəstəxanaya aparılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=53195