Polşadan Rusiyaya cavab: "Yalnız başdan xəstə birisi belə təklif verər"

24.03.2014 - 13:27

Polşadan Rusiyaya cavab: “Yalnız başdan xəstə birisi belə təklif verər”

Rəsmi Varşava Ukraynanın Polşa, Macarıstan, Rumıniya və Rusiya arasında bölüşdürülməsi ilə bağlı Dumanın vitse-spikeri Vladimir Jirinovskinin təklifini təəcüblə qarşılayıb.   
“Axar.az” məlumatına görə, Polşa prezidentinin köməkçisi Tomaş Nalenç bilidirib ki, yalnız başdan xəstə insan belə təkliflə çıxış edə bilər.   
Polşanın TVP1 kanalına müsahibə verən Nalenç vurğulayıb ki, xəstə insanların təkliflərini Polşa ciddiyə almır və onlar dost ölkənin torpaq bütövlüyünə hörmətlə, sayğıyla yanaşır.   Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi də məsələyə dərhal reaksiya verib və Jirinovskinin məktubunu təəcüb və təəssüflə qarşılayıb.   
Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyasının sədri və Rusiya Dumasının vitse-spikeri Vladimir Jirinovski martın 23-də Ukrayna ərazisinin bölüşdürülməsi ilə əlaqədar həm də polşalı həmkarlarına müraciət ünvanlamışdı.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5320

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930