Amerikalı həmsədr: "Konflikt "Dağlıq Qarabağ"la Azərbaycan arasındadır"

24.03.2014 - 13:34

Amerikalı həmsədr: “Konflikt “Dağlıq Qarabağ”la Azərbaycan arasındadır” Həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Elmar Məmmədyarov Edvard Nalbandyanla görüşüblər.   “Axar.az” xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Tvitter” səhifəsində yazıb.   O, görüş haqqında təəsüratlarını bölüşüb. “Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə pozitiv görüş keçirildi. Birlikdə işləyirik, uzunmüddətli sülh mümkündür”.   Erməni mətbuatı isə Ceyms Uorlikin Tvitterdəki başqa cümləsinə diqqət ayırıb. Onlar Qarabağ konfliktində artıq ABŞ-ın öz mövqeyini tam ortaya qoyduğunu yazıblar. Ceyms Uorlikin konflikt “Dağlıq Qarabağ”la Azərbaycanın arasındadır deməsi ölkə mətbuatının gündəmində əsas hadisəyə çevrilib.     Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan da artıq Niderlandda ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5321

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930