Azərbaycanlı nazirin gəlini “biznes-ledi” oldu FOTOLAR
Azərbaycanı “Avroviziya -2010”da təmsil edən Safura Əliyeva Türkiyədə gözəllik salonu açıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 2013-cü ildə ailə quran Safura səhnəni tərk edib. Türkiyədə gözəllik salonu açan Safura Əliyeva onu elə öz adının baş hərfi ilə adlandırıb: “S Organic Beauty”
Qeyd edək ki, salonda istifadə olunan bütün materiallar İsveçrədən gətirilib. Bu, Türkiyədə bir ilkdir. Burada estetik, kosmetik, saç düzümlərinin işlənməsi, o cümlədən də SPA salon fəaliyyət göstərir.
Xatırladaq ki, Safura Əliyeva 2013-cü ildə energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə qurub.
Short URL: http://www.cumhuriyyet.net/?p=53229