İki nazir istefaya gedir
Avstraliyada Baş nazirin müavini Uorren Trass və Ticarət naziri Endrü Robb siyasətdən getmək qərarını açıqlayıb.
Axar.az xəbər verir ki, U.Trass yaxın günlərdə vəzifəsini tərk edəcəyini bildirib.
E.Robb isə qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini deyib.
67 yaşlı U.Trass hakim Liberal-Milli Koalisiyasının üzvü, Avstraliya Liberal Partiyasının tərəfdaşı Milli Partiyanın sədridir. 2014-cü ilin martında Malayziyanın itkin düşmüş sərnişin təyyarəsinin axtarışlarına U.Trass rəhbərlik edib.
E.Robb isə bildirib ki, gələcəkdə bizneslə məşğul olmaq niyyətindədir. 64 yaşlı E.Robb hakimiyyətin ən bacarıqlı nazirlərindən hesab olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=53246