Nazirlik və AMEA milyonçunun evinə sahib çıxmır – Açıqlama

11.02.2016 - 16:46

hztMəşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evinin baxımsız olması ilə bağlı məsələ neçə gündür ki, mətbuatın gündəmindədir.

Z.Tağıyevin 1885-1924-cü illərdə yaşadığı evin xarabalığa çevrilməsi cəmiyyətdə də birmənalı qarşılanmayıb. Hazırda uçuq-sökük, dağınıq vəziyyətdə olan evin gələcək nəsillərə ötürülməsi üçün yenidən əsaslı təmirə ehtiyacı var. Əlaqədar təşkilatlardan isə dord bir yandan uçmaq təhlükəsi ilə üzbəüz olan binaya sahib duran yoxdur.

Araşdırma zamanı bəziləri milyonçunun evinin Mədəniyyət və Turizm Nazirliyinin balansında olduğunu, bəziləri isə oradan alınıb başqa qurumun tebeliyinə verildiyini dedi.

Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı Mədəniyyət və Turizm Nazirliyininin sektor müdiri Vüqar Şixəmmədovla əlaqə saxlayıb. V.Şıxəmmədov Z.Tağıyevin evinin nazirliyə aidiyyəti olmadığını, Azərbaycan Milli Elmlər Akademiyasının balansında olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən isə sözügedən binanın onlara heç bir aiddiyyəti olmadığı cavabını aldıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=53252

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728