Daha bir nüfuzlu məmura şok zərbə hazırlanır – Vaqif Axundovun yaxın qohumu "vurulur"

24.03.2014 - 15:19

Daha bir nüfuzlu məmura şok zərbə hazırlanır – Vaqif Axundovun yaxın qohumu “vurulur”

 Daha bir nüfuzlu məmurun vəzifə başında olan yaxın adamı “vurulur”. Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan informasiya ötürülüb. Xəbəri verən mənbə iddia edir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun bacısı oğlu bu dəfə hədəfdə olan məmurdur. Bildirək ki, Vaqif Axundovun qohumu olan Vüsal Babayev Abşeron rayon hərbi komissarı postunu tutur və onun yaxın günlərdə vəzifəsindən azad ediləcəyi bildirilir. 
Artıq bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəhbəri Arzu Rəhimovun müvafiq qərarının hazırlandığını söyləyən mənbə iddia edir ki, Vüsal Babayevin Abşeron rayon hərbi komissarı postundan alınması təsadüfi deyil. Və burada iqtidariçi intriqalar ciddi şəkildə təsiredici iştiraka malikdir.
Xatırladaq ki, keçən ilin yanvar ayının 8-də Daşkəsəndəki hərbi hissələrin birində dünyasını dəyişən mərhum əsgərimiz Ceyhun Qubadov da məhz Abşeron rayon hərbi komissarlığı tərəfindən xidmətə cəlb olunmuşdu. Onu da əlavə edək ki, kifayət qədər böyük hadisəyə çevrilən bu ölüm faktı bütün respublikada ciddi ajiotaja nədən olmuşdu, hətta etirazt aksiyası da keçirildi.
Və hələ həmin ərəfədə qeyd olunurdu ki, Vaqif Axundov bacısı oğlunu məlum dönəmdə böyük çətinliklə qoruya bilmişdi. “İndi isə XDMX şefi belə qohumu ilə bağlı qərarı sükutla qeyd edəcək. Çünki bu, onun üçün şok bir zərbə olacaq. Hücumun davamı var və enində-sonunda hücumlar onun şəxsinə doğru yön alacaq” – bunu da məlumatı verən mənbə iddia edir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5326

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031