Mourinyo gəlsə, onlar gedəcək…

11.02.2016 - 17:04

mata - fellaini“Mançester Yunayted”in futbolçuları – Xuan Mata və Maruan Fellaini mövsümün sonunda komandadan ayrıla bilər.

Qol.Az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, bu, Joze Mourinyonun “Mançester Yunayted”in baş məşqçi vəzifəsinə gətiriləcəyi təqdirdə baş verəcək.

Britaniya mətbuatı iddia edib ki, mövsümün sonunda istefaya göndəriləcək Lui van Qalı məhz Mourinyo əvəzləyəcək. Artıq gələcək planları ilə bağlı “qırmızı-şeytanlar”ın vitse-prezidenti Ed Vudvordu məlumatlandıran portuqaliyalı mütəxəssisin adı çəkilən futbolçuları komandasında görmək istəmədiyi bildirilir.

Mourinyo daha öncə 2014-cü ilin yanvar ayında “Çelsi”də işlədiyi müddətdə Matanı 37 milyon funt-sterlinq müqabilində “Mançester Yunayted”ə satıb.

Qeyd edək ki, yeni mövsümdən “Mançester Yunayted”i çalışdıracağı gözlənilən Mourinyonun ingilis klubunda ilinə 20 milyon avro qazanacağı iddia olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=53261

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728