Banklar girov mənzilləri satışa çıxarır

11.02.2016 - 17:55

binaİndi Azərbaycanda girova görə evi satılanların sayı çoxalıb və çox vaxt belə müştərilər banklar tərəfindən aldadıldıqlarını iddia edirlər.

Anspress-ə şikayətlə müraciət edən vətəndaşlardan biri xaricdə müalicə üçün 30 min dollar kredit aldığını deyir. Təbii ki, pulu biznes kredit kimi rəsmiləşdiribmiş: “Bankdan mənə söz vermişdilər ki, gecikməyə görə faiz ödəməyəcəm. Amma faiz da tutdular. Evi satandan sonra banka təxminən 40 min dollara yaxın pul ödədim, amma bundan sonra əlimdə çox az pul qaldı. İndi bir otaqlı evə belə pulum çatmır”.

Məlumata görə, bu cür kreditlər adətən biznes kredit kimi rəsmiləşdirilir. Belə kreditlərin dərəcəsi 10-14% arasında dəyişir. Bu cür pul götürmək sələmçidən ayı 10% pul götürməkdən qat-qat əlverişli sayılır. Həmin pulu götürmək üçün prosedur da elə uzun çəkmir – vətəndaş 6 aydan çox müddətə fəaliyyət göstərən biznesi olduğunu sübut edən arayış gətirir. Kreditlər şərti olaraq biznesi genişləndirmək üçün verilir və qarşılığında müvafiq girov tələb edilir.

Amma müştərilər arasında belə kreditləri toy və yas mərasimlərini yola vermək, müalicə xərcləri üçün istifadə edənlər çoxdur. Təbii bu cür təyinatından kənar işlədilən kreditlərin içində problemliləri çox olur. Bu da uyğun olaraq girov mənzillərin satılması ilə nəticələnir. Mənzillər məhkəmə yolu ilə də, müştərinin özünün istəyi ilə də satıla bilir.

Vətəndaşlar özləri istəməsə və kredit şərtlərini dəyişdirməyi xahiş etsə belə, banklar onların əmlakını məhkəmə vasitəsi ilə sata bilirlər. Nəticədə, bu cür kredit əməliyyatlarından sonra ölkədə evsizlərin sayı artır, sosial problemlər dərinləşir.

Bank sahəsində fəaliyyət göstərən hüquqşunas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov bu cür insanları evlərini satmaqdan xilas etməyi mümkün sayır: “Məhkəmədə bankların müştəriyə qarşı qeyri-səmimi davranmasını sübut etmək olar. Məsələn, banka sual vermək olar ki, niyə yerli bazarda biznes üçün ayırdığın krediti dollarla verirsən? Müştəri krediti dollarla götürməyə razı olursa, deməli, xaricə müalicə üçün gedir və bank bilərəkdən buna göz yumur”.

Bu mənzərə Azərbaycan Mərkəzi Bankının statistikasında da özünü aşkar göstərir. Statistikaya görə, Azərbaycanın bütün regionlar üzrə dollar kreditlərinin toplam məbləği manat kreditlərinin məbləğinə yaxındır. Amma bazarda apardılan araşdırma tezliklə bu nisbətin dollar kreditlərinin xeyrinə dəyişəcəyini ortaya çıxarır.

Əkrəm Həsənovun sözlərinə görə, banklar kreditlər üzrə faiz dərəcəsini də bilərəkdən artıq hesablayırlar ki, bu da müştərilərin aldadılması kimi sübut edilə bilər: “Mülki Məcəllənin 741-ci maddəsinə görə, kreditlər üzrə faizlər ildə bir dəfə hesablanmalıdır, amma banklar hər ay faiz hesabalyırlar. Bunun nəticəsində müştəri 8 min manat əvəzinə 10 min manat ödəməli olur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=53279

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930