12 qadın bələdçi işdən çıxarılıb: Onları vaqonları yararsız hala salmaqda suçlayıblar

24.03.2014 - 16:23
12 qadın bələdçi işdən çıxarılıb: Onları vaqonları yararsız hala salmaqda suçlayıblar

Musavat.com-un redaksiyasına “Azərbaycan Dəmir Yolları” QSC-nin kişi qatar bələdçiləri tərəfindən şikayət məktubu daxil olub. 
Məktubda deyilir ki, bu yaxınlarda 12 qadın bələdçi günahsız yerə işdən qovulub. Onların işdən çıxarılma səbəbi isə belə izah olunur ki, vaqonların yuyulması zamanı səhlənkarlıq nəticəsində vaqonlar yararsız hala düşüb. Buna görə də onlar işdən kənarlaşdırılıb. Bələdçilər isə iddia edirlər ki, bunun günahkarı qadın bələdçilər deyil. 
“Vaqonların yararsız hala düşməsinin günahkarı rəhbərlikdir”
Bələdçilərin sözlərinə görə, vaqonların yararsız hala düşməsinin günahkarı rəhbərlikdir: “2 ay öncə yeni qatarlar gətilirmişdi. Bir neçə gün öncə onlar səfərdən qayıtdıqdan sonra vaqonlar çirkli olduğu üçün yuyulması tapşırığı verilib. Amma məsələ burasındadır ki, vaqonların yuyulması üçün nəzərdə tutulmuş cihazlar işləmir. O cihazlar uzun zamandır ki, işləmədiyi üçün bir çox qatarlar yararsız hala düşüb. Vaqonların daha yaxşı görsənməsi, üzərində olan pasın, çirkin daha yaxşı təmizlənməsi üçün sulfat turşusundan istifadə edilir. Bu cihazlar sulfat turşusunu öz qaydasında və miqdarında istifadə etdikləri üçün qatarlara ziyan dəymir. Amma bunu kortəbi yollarla edəndə vaqonlar yararsız hala düşür. Bu dəfə də elə oldu. 2 aydır ki, əsaslı təmirdən gətirilən vaqonlar bərbad vəziyyətdədir. Günahkarı isə rəhbərlikdir”.
“12 qadın bələdçini haqsız yerə işdən qovublar”
Bələdçilərin dediklərinə görə, 12 qadın bələdçini günahsız yerə işdən qovublar: “Vaqonların yuyulmasını 12 qadın bələdçiyə tapşırıblar. Hansı ki, bu, onların işi deyil. Bələdçinin vəzifəsi vaqonları içəridən təmizləməkdir. Səfərə hazır vəziyyətə gətirməkdir. Amma buna baxmayaraq, işlərinin xatirinə məcbur olub, vaqonları yuyublar. Təmizlənmə zamanı sulfat turşusunun miqdarını bol ediblər. Buna görə də vaqonlar bərbad vəziyyətə düşüb. Əlbəttə ki, bunun günahkarı qadın bələdçilər deyil. Onlar vaqon yuyulmasından anlamırlar, axı… Bu, onların işi deyil. Buna baxmayaraq, həmin 12 qadın bələdçini haqsız yerə işdən qovublar. Bu yolla da öz günahlarını başqalarının boynuna ataraq, “sudan quru” çıxırlar”.
“Günahsız yerə işdən çıxardıqları 12 qadın bələdçini geri qaytarsınlar”
Şikayətçi bələdçilər işdən çıxarılan 12 qadın bələdçinin geri qaytarılmalarını tələb edirlər: “Biz tələb edirik ki, xanım bələdçiləri geri qaytarsınlar. Öz günahlarını onların üzərinə ataraq, xilas ola bilməzlər. Vaqonun bərbad vəziyyətə düşməsinin səbəbkarı Elyar Muradov və onun kimilərdir. Vaqonların yuyulması üçün nəzərdə tutulmuş cihazları təmir etdirmirlər. Təmirə ayrılmış pulları yeyirlər. Mənimsədikləri pullardan bir azını xərcləyib, vaqonları təmir etdirsinlər və dərhal günahsız yerə işdən çıxardıqları 12 nəfər qadın bələdçini geri qaytarsınlar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5328

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728