Qazaxda Şəhidlər Xiyabanı rəzaləti


Namiq Əliyev: “Şəhidlərin xatirəsinə tikilmiş bulaqdan bircə dəfə də su gəlməyib. Ətrafını isə zibilliyə çeviriblər. Türklər öz şəhidlərini elə yüksəkliyə qaldırır ki… Türkiyədə övladı şəhid olanlar qürur duyurlar. Çünki şəhidə sayğı ilə yanaşılır. Bizdə isə məzarları zibillikdən fərqlənmir”.
Faiq Musayev: “Siyəzəndən keçmiş döyüşçü yoldaşlarımız gəldi, qatardan düşən kimi ilk olaraq bu məzarlığa gəlib keçmiş döyüşçü yoldaşlarınmızı ziyarət etdik. Qəbirlərə baxıb xəcalət çəkdik. Özümüzün də elə imkanımız yoxdur ki, tarixi abidə hesab olunan bu məzarlığı səliqə-sahmana salaq, qəbirlərin üstündəki mərmərləri əvvəlki vəziyyətinə gətirək”.
Qarabağ müharibəsi əlilləri imkanlı şəxslərdən və yerli məmurlardan “Şəhidlər Xiyabanı”na diqqət ayırmağı istəyirlər: “İmkanlılar min yerə pul xərcləyirlər, bu məzarlığı düzəltmək onların xərclədiyi böyük pulların cüzi hissəsi də deyil. Bir şeyi nəzərə alsınlar ki, burada uyuyan oğlanlar onların həyatda qalması üçün öz həyatlarından keçiblər. Biz prezidentə də müraciət edirik. Məlumatlansın ki, Qazaxda tarixi abidə hesab olunan şəhid məzarları dağılıb gedir. Məmurlar diqqət göstərmir. Onun göstərişləri yerlərdə icra olunmur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5330