Daha bir nazirlikdə şura yaradıldı: Piriyevə vəzifə verildi

12.02.2016 - 11:07

piriyevAzərbaycan prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq Maliyyə Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Nazirlikdən Apa-ya verilən məlumata görə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya maliyyə nazirinin müavini Azər Bayramov sədr təyin olunub. 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin aparatının şöbə müdirləri, katibliyə isə nazirliyin məsul əməkdaşları daxildir. Nazirliyin aparatının rəhbəri Namiq Süleymanov, Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov, İnfrastruktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri Mərdan Mərdanov, İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidli, Ümumi şöbənin müdiri Lalə Həsənova, Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri vəzifəsini icra edən Fikrət Şirinov Şuranın üzvü təyin edilib.

Bundan başqa, Apellyasiya Şurasının Katibliyinin rəhbəri vəzifəsinə Mayis Piriyev, üzvləri ümumi şöbənin sektor müdiri Zemfira İsmayılova və Hüquq şöbəsinin baş məsləhətçisi

Elçin Nəcəfov təyin edilib.

Apelyasiya Şurası Bakı şəhəri Səməd Vurğun küçəsi 135 ünvanında – Maliyyə Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=53335

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728