Rövşən Cavadovun ölümünün gizlinləri

25.03.2014 - 02:22

Rövşən Cavadovun ölümünün gizlinləri“Ağ
bayraq qaldırılsa da, insanlar qətliam edildi”

Rövşən Cavadovun ölümünün gizlinləri“Ağ
bayraq qaldırılsa da, insanlar qətliam edildi”

 

17 mart hadisələrinin
19 ili tamam olur. “Yeni Cumhuriyyət” olaraq həmin hadisələrə işıq salmaqda
davam edirik. Türk diplomatı Turqut Ərin və Qarabağ döyü.lərinin qəhrəmanı
polkovnik İsa Sadıqovun xatirələrinin ardınca bu dəfə sizə , o zaman Azərbaycan
Milli Məclisində müşavir olan, mart hadiВ­sələrində mərhum Rövşən Cavadovla bir
sırada dayanan Fərman Dəmirqolun “Diktatorları uyku tutmaz” kitabından
bəzi məqamları təqdim edirik.

Türk səfiri hadisələrin mərkəzində

7 mart 1995ci
ildə, tam xatırlamıram, ya televiziyadan, ya da axşam Cavadovun evinə gedərkən
Heydər Əliyevin Rövşən Cavadova 1994cü il oktyabr ayında təklif etdiyi görüşü
martın 8i, saat 16.00a təyin etdiyini öyrəndim. O axşam Rövşən Cavadovun evinə
getdiyim zaman onun ayaq üstə telefonla danışdığını gördüm. Evdəkilər Rövşənin
Türkiyə səfiri Altan Karamanoğlu ilə danışdığını dedilər. Belə başa düşdüm ki,
Altan Karamanoğlu Rövşən Cavadovdan ertəsi gün saat 16.00da H.Əliyevlə olan
görüşə getməyi xahiş edirdi. R.Cavadov, “yaxşı” dedi. O, telefonu
yerinə qoyduqdan sonra, “Bəylər, futbol oynadım, ayağım əzildi”
deyib, sabahkı göВ­rüşə getməyəcəyini bildirdi. Dedi ki, əgər getsəm, görüşdən
sonra H.Əliyev televiziВ­yaya çıxar və “Rövşən Cavadov gəldi, məndən səkkiz
nazirlik tələb etdi” deyə bilər. “Bu hərəkəti məndən əvvəl Etibar Məmmədova
qarşı da etmişdi. Buna görə də artıq H.Əliyevlə görüşməyimin mənası
yoxdur” deyə söylədi.

“Səfirə yalvarırdım…”

Mən Cavadova
“Rövşən bəy, izn versəniz, Karamanoğlu ilə mən də danışardım” dedim.
Cavadov, masanın üstündəki telefonu verdi və mən Türkiyə səfirliyinə zəng
etdim. Karamanoğluna dedim ki, siz Rövşən bəylə danışarkən mən içəri girdim.
Hadisələri bilirəm. Rövşən bəy sizinlə danışdıqdan sonra getməməyə qərar verdi.
Özünüz bilirsiniz ki, biz üçdörd aydır H.Əliyevin Rövşən bəylə görüşə
razılığını almaq üçün əlləşirdik. Gec də olsa, bu razılığı aldıq ki, əməyimiz
boşa getməsin. Siz də onunla birlikdə gedin. Hətta istəmirsinizsə, Rövşən bəylə
eyni maşınla yox, önВ­cədən siz başqa maşınla H.Əliyevin yanına gedin və ondan
sonra Rövşən bəy oraya gəlsin. Bir müddət bərabər oturduqdan sonra siz ayrılın
və onlar danışsınlar. Demək olar ki, Rövşənlə birgə görüşə getməsi üçün səfirə
yalvarırdım. Ancaq KaraВ­manoğlu israr edir və getməyəcəyini söyləyirdi. Axırda
da “Fərman bəy, siz qarışmayın. Cavadov mənə söz verib” deyincə çox
sinirləndim və “Siz də Türkiyə səfiri olaraq heç bir şeyə
qarışmayın!” deyib telefonu yerə qoydum. Təbii son sözümü çox sərt və uca
səslə dedim. Bu qədər əziyyətimizin boşa getməsinə dözə bilməВ­dim.

Karamanoğlunun günahı

Görəsən
A.Karamanoğlunun Rövşənlə birlikdə H.Əliyevlə görüşə getməməsinin səbəbi nə ola
bilərdi? Bəlkə Karamanoğlu, Prezident Aparatında Rövşənin tutulacağıВ­nı bilirdi
və buna görə birlikdə getmirdi? Yoxsa bu məsələdə hər hansı bir təşəbbüsВ­çü
kimi görünməkdənmi qorxurdu? Birinci görüş doğru deyilsə, H.Əliyevin davamlı
olaraq R.Cavadovun evinə zəng etməsi, Rövşənin xanımına “evdə yoxdur”
deВ­dirtməsi üzərinə bu dəfə H.Əliyevin şəxsi istəyi ilə Cavadovla görüşmək istəməsinin
anlamı nəydi?  Burdan Altan Karamanoğluna
söyləyirəm: “Sayın Karamanoğlu, mən olmayanda da R.Cavadovla çox görüşləriniz
oldu. Onu çox təriflədiniz. R.Cavadovla H.Əliyevin yanına getmək məsələsində əcaba,
niyə tənbəllik etdiniz? Görəcəyiniz iş sadəcə bərabər getdikdən sonra, bir stəkan
çay içib geri dönmək idi. Mən sizin yerinizdə olsaydım, R.Cavadova qoşulub
H.Əliyevin yanına gedərdim. H.Əliyev istər CavadoВ­vu tutdurar, istərsə də, gerçəkdən
barışardı. Hər iki halda nəticə Rövşənin öldürülВ­məsindən daha yaxşı idi və siz
də bu şəkildə, tək hədəfiniz olan, “Petroldan 5% paВ­yını almış bir səfir”
adı ilə Bakıdan Ankaraya qayıda bilərdiniz. Bir stəkan çay içmək nə qədər çətin
iş imiş!

İlk dəfə OMON qəragahında

…Türkiyə səfirliyindən
çıxdıqdan sonra Rövşənlə görüşmək üçün OMON qərargaВ­hına getməyə qərar verdim.
Rövşəni yalnız qoymaq olmazdı. Məhz 15 mart 1995ci ildə Rövşənin tək qaldığı
aydın oldu. Mən isə ya atəş çəmbərindən qorxub yerimdə oturmalıydım, ya da əlimdən
nə gələ bilər deyə düşünüb ona görə hərəkətə keçməВ­liydim. “Əlimdən gələni
etməliyəm” dedim və belə də etdim.

 …OMON qərargahı həm hökumət qüvvələri, həm də
Cavadovun adamları tərəfindən mühasirəyə alınmışdı. Taksidən düşüb, H.Əliyevin
dəstələrini keçdikdən sonВ­ra qərargahın önünə gəldim. Bu sıxlığın içində
Cavadovun evində olarkən gördüВ­yüm mühafizəçilərdən birisi məni tanıdı və Rövşənin
yanına apardı. İçəridəki atВ­mosfer çox gərgin və Rövşən də çox həyəcanlıydı. Mən
Rövşənə “Türkiyə səfirliyindən gəlirəm. Sizlə məsləhətləşmədən səfirliyə
bir təklif etdim. H.Əliyevin çox da irəli getməsinin lazım olmadığını söylədim.
Siz də artıq hər şeyi buraxın, sərВ­bəst bir vətəndaş kimi yaşayın” dedim.
Cavadov da “Fərman bəy, doğru söyləyirsən, bu işin başını buraxıb
adamlarımla birlikdə Türkiyədə İbrahim Şahinin yanına, dağlarda PKK-ya qarşı
savaşmağa gedim” dedi və əmr etdi: “DərВ­hal “Gənclik”
otelində qalan hərbi hissə komandirini buraya çağırın”. Beş dəqiqə sonra gəlib
komandiri tapa bilmədiklərini söylədilər. Bu zaman R.Cavadov mənə “Fərman
bəy, siz bir yerdə gözləyin, mən o komandiri tapdırım, siz də onunla görüВ­şüb
bu qararımızı H.Əliyevə çatdırın” dedi. Mən də ona: “Dini İşlər Üzrə
MüşavirlikВ­də gözləyəcəm, amma gələn adam mütləq sizin qohumlarınızdan biriylə
bərabər gəlsin” dedim. Dini İşlər Üzrə Müşavirliyinin ofisinə gəlib gözləməyə
başladım.

“Gənclik”də
qalan komandirin adı açıqlanmır

“Gənclik”
otelində qalan komandir iqtidar tərəfindən Bakıya gətirilmişdi. O, özünün və
komandiri olduğu hərbi hissənin OMON qərargahına və Cavadova qarşı istifadə
olunacağını bilmirmiş. Bunu öyrənən kimi, məndən öncə Rövşənin yanına gəlmiş və
“Rövşən bəy, məni sənə qarşı istifadə etmək üçün gətirdiklərini indi
anladım, anВ­caq mən sənə qarşı bir güllə atmaram. Gəl, bir heyətlə H.Əliyevlə
görüşə gedək və barış təklif edək” deyibmiş. Elə bu adam burdan çıxdıqdan
bir neçə dəqiqə sonra mən də təxminən eyni təklifi Cavadova söyləmişəm. Mən də
belə bir təklifi edincə, Cavadov tez o komandiri axtartdırdı, amma tapa bilmədi.

Rövşən yaralanır, ambulans çağırılır, “KQB”yə
“işini bitirin” əmri verilir

Hücum gecə
yarısından sonra başlandı və sabaha qədər davam etdi… SəhərsəВ­hər Cavadov
olduğu bir binadan başqa binaya keçərkən, ayağından vurulur. Bir ambulans
çağırılır və Cavadov bu ambulansla yaxın bir xəstəxanaya aparılanda
“KQB” Prezident Aparatına telefon açaraq Rövşənin yaralı olduğunu,
ambulansla xəstəxanaya aparıldığını xəbər verir. Prezident Aparatından
“İşini bitirin” deyə əmr verirlər. Bu əmrə uyğun şəkildə ambulansa
girən “KQB” adamları, Rövşənin üstünə silah çəkərək ayağındakı, Rövşənin
özünün bağladığı bandajı açırlar və beləcə Rövşən ölür. Cavadovun yarası,
başqalarınınkı kimi həyatı itirmək qədər deyildi və Cavadov özü də savadlı hərbi
həkim idi. Bu səbəbdən də o, böyük bir ehtimalla deВ­mək olar ki, qan itkisindən
ölmüşdü. Nəticədə Rövşən xəstəxanaya ölü halda çatdıВ­rılmışdı…

Rövşən Cavadovun öldürülməsindən bir neçə saat öncəki
telefon söhbəti

Türkiyə səfiri Altan
Karamanoğlu hadisənin səhəri H.Əliyevlə R.Cavadov arasında telefon vasitəçiliyi
edir… Rövşən Cavadov öldürülməsindən bir neçə saat öncə TürВ­kiyə səfiri
Karamanoğluna telefon açır və “Altan bəy, silahı yerə qoyduq, ancaq
H.Əliyevin adamları atəş açırlar. Belə bir atəş altında havaya ağ bayraq
qaldıra bilВ­mirik” deyir. Karamanoğlu da “Bir dəqiqə telefonda gözlə,
o biri telefon ilə Heydər bəyə zəng edib bildirim” deyir.

Telefonun birində
R.Cavadov, o birində isə H.Əliyev var… Karamanoğlu H.Əliyevə, digər telefonda
R.Cavadovun olduğunu, ağ bayraq qaldırıb təslim olacaqlarını, anВ­caq dayanmayan
atəşə görə hələlik qaldırmadıqlarını söyləyir. Səfir “İstərsəniz Rövşən bəylə
bir görüşün” deyirsə də, H.Əliyev görüşməyi qəbul etmir və “Onlar
isВ­təyirlərsə, ağ bayrağı havaya qaldırasınlar” deyə cavab verir.. Ancaq
atəş durmur və ağ bayraq qaldırmağa imkan verilmir. Bundan sonra Cavadov təkrar
KaramaВ­noğluna zəng edir və “Altan bəy, söz verdilər ancaq bayraq
qaldırmağa imkan verВ­mirlər” deyir. Türkiyə səfiri yenidən Cavadova
“gözlə” deyib o biri telefonla H.ƏliyeВ­və zəng edir. Karamanoğlu ona
“Heydər bəy, Rövşən bəy yenə telefonda gözləyir. Bayraq qaldırmağa imkan
vermirlər” deyir. H.Əliyev isə “Onlar istəsələr, ağ bayraq qaldıra
bilərlər” deyib telefonu qapadır… Bu hadisədən sonra bir ağ mələfə
havaya qaldırılır, ancaq ABŞ səfirinin dediyi kimi, qətliam davam edir…

Short URL: http://www.cumhuriyyet.net/?p=5334

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728