Bakıda gənc qız oğlana görə özünü binadan atdı

12.02.2016 - 11:17

pencereBakıda intihara cəhd olub.

Oxu.Az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əliyar Əliyev küçəsi ev 26, mənzil 109 ünvanında qeydə alınıb.

Həmin ünvanda qonaq olan Beyləqan rayon sakini, 1997-ci il təvəllüdlü Tamara Vidadi qızı Abbasova binanın 4-cü mərtəbəsindən özünü atıb.

Hadisə yerində olan şəxslər T.Abbasovanı xəstəxanaya çatdırıblar. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, T.Abbasova sevdiyi oğlandan ayrıldığı üçün bu addımı atıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=53342

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728