Ziya Məmmədovun "varis planı"
Ziya Məmmədovun “varis planı”
Nəqliyyat naziri oğlu Anar Məmmədovu yüksək posta təyin etdirmək istıyir
Nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovu mühüm postlardan birinə təyin etdirmək istəyir. Redaksiyamıza sızan məlumatlara görə, nəqliyyat naziri artıq bir müddətdir ki, bu istiqamətdə çaba göstərir.
Məlumatda iddia olunur ki, Ziya Məmmədovun hədəfi oğlunun gənclər və idman naziri, ən pis halda isə bu nazirlikdə müavin təyin etdirməkdir. Gənclər və idman naziri Azad Rəhimovun adı nurçularla əlaqədə hallanandan və onun bu səbəbdən “vurulacağı” ilə bağlı məlumatlar yayılandan sonra Ziya Məmmədov oğlunun təyinatı ilə bağlı danışıqları intensivləşdirib.
Nəqliyyat nazirinin məqsədinə çatıb-çatmayacağını isə zaman göstərəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=5335