"Nazir dəyişdi, amma problemlər həll olunmadı"

25.03.2014 - 10:05

“Nazir dəyişdi, amma problemlər həll olunmadı”

AXCP sədri: “İlham Əliyevin rəhbərlik etdiyi rejim dəyişməlidir ki, orduda da problemlərin əsaslı şəkildə həlli mümkün olsun”
Azərbaycan ordusunda özbaşınalıqlar davam edir. Yenə də əsgər ölümləriylə bağlı xəbərlər ürəkləri parçalayır. Təkcə Novruz bayram günlərində iki əsgərimiz intihar edib. AXCP sədri Əli Kərimli Facebook səhifəsində əsgər ölümlərinə münasibət bildirib. Onun paylaşdığı statusu təqdim edirik:
“Ordudan dəhşətli xəbərlər gəlməkdədir. Yalnız Novruz bayramı günlərində 2 əsgərimiz intihar etdi. 21 martda əsgər Əlisahib Kərimov özünü zəhərləyərək intihar etmişdi. Bu gün isə 20 yaşlı Heybətqulu Əzizov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Beləliklə, intiharlar, müəmmalı əsgər ölümləri hələ də davam edir. Başqa necə ola bilərdi? Hökumət ölkədə, o cümlədən orduda qayda yaratmaq üçün nə etdi ki? Ötən il Bakıda “Əsgər ölümlərinə son!” tələbilə mitinqlər keçiriləndə hökumətin mətbuatdakı və vətəndaş cəmiyyəti sıralarındakı adamları hər şey edirdilər ki, cəmiyyətin qəzəbini dövlət başçısından yayındırıb, o zamankı müdafiə naziri Səfər Əbiyevə fokuslaşdırsınlar. Buna qismən də nail oldular. Müdafiə naziri dəyişdirildi. Bəs ordudakı müəmmalı əsgər ölümləri niyə davam edir? Deyirdik axı, bu ölkənin problemləri ayrı-ayrı nazirlərdən qaynaqlanmır ki, həmin nazirlərin də işdən çıxarılması ilə həll edilsin. Ordunun qapılarını cəmiyyətin, o cümlədən əsgər valideynlərinin, vətəndaş cəmiyyətinin üzünə qapadan ayrı-ayrı nazirlər deyil, İlham Əliyevdir.
Real həyat öz amansız fəsadları ilə bizə hər gün sübut edir: əvvəlcə korrupsiyanın, qanunsuzluğun, ədalətsizliyin üzərində qurulmuş, İlham Əliyevin rəhbərlik etdiyi rejim dəyişməlidir ki, idarəetmənin müxtəlif sahələrində, o cümlədən orduda problemlərin əsaslı şəkildə həlli mümkün olsun”.
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5336

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930