“Erməni çobanın ölümünün bizə aidiyyəti yoxdur” – Müdafiə Nazirliyi

12.02.2016 - 13:18

mnAzərbaycan Müdafiə Nazirliyi ermənilərin iddialarına cavab verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, ermənilərin növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrini mülki əhaliyə atəş açmaqda günahlandırmağa cəhd göstərməsi düşmən tərəfdə mövcud gərgin daxili kriminal vəziyyətin gizlədilməsinə hesablanmış addımdır: “Dəfələrlə səsləndirilən fikri bir daha diqqətə çatdırırıq ki, ermənilərdən fərqli olaraq Silahlı Qüvvələrimiz beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini və mülki obyektləri atəşə tutmur. Erməni tərəfinin yaydığı məlumatda diqqət çəkən məqamlardan biri də adı çəkilən kəndin qoşunların təmas xəttindən xeyli aralıda yerləşməsidir. Əminliklə bildiririk ki, Akop Ambarsumyan adlı şəxsin ölümünə Azərbaycan tərəfinin heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, bu gün Ermənistan KİV Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalini və mülki obyektləri atəşə tutması, nəticədə A. Ambarsumyan adlı çobanın aldığı güllə yarasından öldüyü barədə məlumat yayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=53369

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728