Rüfət Səfərov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırıldı

12.02.2016 - 13:20
rufet-seferovZərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. Apa-nın məlumatına görə, bu barədə R. Səfərov “facebook” sosial şəbəkəsində status paylaşıb. R. Səfərov barəsində yenidən həbs-qətimkan tədbirinin seçiləcəyini gözlədiyini bildirib.
Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Məhkəmənin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Short URL: http://www.cumhuriyyet.net/?p=53370

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728