Türkiyə-Rusiya müharibəsi: mümkün ssenarilər

12.02.2016 - 13:40

ordu4Türkiyə ilə Rusiya arasında Su-24 bombardmançısının vurulmasından sonra kifayət qədər gərginləşən münasibətlər indi daha da dramatik xarakter alıb.

Virtualaz.org xəbər verir ki, buna səbəb Rusiyanın havadan dəstəklədiyi Əsəd qüvvələrinin Suriyanın şimalında davam edən hücumları, Türkiyədən dəstək alan üsyançıların nəzarətində olan Hələb şəhərinin mühasirəyə alınması, sərhədə doğru on minlərlə insandan ibarət qaçqın selinin axmasıdır.

Xəbər verildiyi kimi Qərb mənbələri Tükiyə və Rusiyanın Suriyaya şimaldan müdaxilə planları üzərində işlədiyini xəbər verib. Hərçənd ki, Ankara bu xəbərləri təsdiq etmir. Çünki hamı nəzərə alır ki, belə müdaxilə Suriya hərbi əməliyyatlar teatrında Rusiya ilə Türkiyə qüvvələri arasında birbaşa toqquşmanı qaçılmaz edəcək. Bu isə o cümlədən NATO-nun cəlb edilməsi ilə daha irimiqyaslı müharibənin başlaması, hətta üçüncü dünya müharibəsinə çevrilməsi riskini yaradar.

Belə görünür ki, ABŞ Suriyada Rusiyaya ciddi müqavimət göstərmək fikrində deyil və daha bir geosiyasi məğlubiyyətlə barışıb. Belə vəziyyətdə Türkiyə və Səudiyyə Ərəbistanı da ya məğlubiyyətlə barışmalı, ya da böyük riskə gedərək Suriya müharibəsi teatrında Rusiya ilə birbaşqa qarşıdurmaya getməlidir. Hələlik hər iki ssenari eyni dərəcədə qüvvədədir. Deməli mümkün Rusiya-Türkiyə hərbi qarşıdurması istisna deyil. Və belə vəziyyətdə Rusiyanın “Voennoe obozreniya” hərbi nəşri

Rusiya ilə Türkiyə arasında mümkün müharibənin ssenarilərini nəzərdən keçirib.

Nəşr yazır ki, hazırda Türkiyə ordusu Suriya ordusu üzərində əzici üstünlüyə malikdir. Çünki 5 ildir davam edən müharibədə Bəşər Əsədin ordusu əldən düşüb, resurslar tükənib. Ona görə də Türkiyə ordusu Səudiyyə qüvvələrinin və digər ərəb monarxiyalarının dəstəyi ilə Suriyaya quru müdaxiləsi etsə Əsədin ordusunun məğlub olması qaçılmazdır.

Belə ssenaridə Moskva ya Suriyan tərk etməli, ya hərbi cavab verməlidir. Əgər Rusiyanın Ukrayna taktikasına nəzər salsaq o zaman birinci variant istisna deyil. Rusiya Krımı ilhaq edəndən sonra Donbassda da eyni ssenari üzrə hərəkət edirdi və “Novorossiya” adı altında bu bölgənin Rusiyaya birləşdirilməsi planı var idi. Lakin daha sonra Moskva bu planı rəfə qaldırıb qoydu və Donbassda vəziyyəti Qarabağda olduğu kimi dondurmağı qərara aldı. Burada hansı amillərin rolu var, o ayrı mövzudur. Ancaq nəzəri olaraq Rusiya Suriya bataqlığında daha da dərinə getməmək üçün bu variantı seçə bilər. Hərçənd ki, belə ehtimal çox aşağı dəyərləndirilir.

O zaman Rusiya Türkiyə və ərəb müttəfiqlərinin müdaxiləsinə cavab verməlidir. Bəs bunu hansı yolla edəcək? Suriya qüvvələrini havadan axıradək dəstəkləmək mümkün deyil. Ancaq Rusiya Hərbi Hava Qüvvələri ilə Türkiyə ordusu arasında birbaşa toqquşma da qaçılmaz olacaq və bu zaman türklər rusların S-400 raketləri, strateji aviasiyası və quruda ən yeni texnikası ilə qarşılaşacaq.

Nəzəri olaraq Türkiyə Rusiyanın Suriyadakı Hmeyim aviabazasını, habelə Suriya sahillərində mövqe tutan gəmilərinə zərbə endirə bilər. Habelə Türkiyə ordusunun mexanikləşdirilmiş bölmələrinin həmin istiqamətlərə yeridilməsi mümkündür. Bu zaman Ankara ümid edərdi ki, Moskva cavab olaraq Türkiyə ərazisindəki bazalara zərbə endirməyəcək. Çünki bu, NATO ilə birbaşa qarşıdurma demək olardı.

Lakin dərhal qeyd etmək lazımdır ki, Rusiya dəfələrlə hər şeyin bu qədər sadə olmayacağını sübut edib. Fevralın 8-də Rusiyanın Cənub hərbi dairəsinin qoşunları, o cümlədən Qara dəniz və Xəzər donanmaları qəfil hərbi manevrlərə başlayıb. Tamamilə mümkündür ki, bu manevrlər Suriya müharibə teatrına əlavə Rusiya qüvvələrinin yeridilməsini pərdələmək üçün idi. Çünki manevrlərə hərbi-nəqliyyat aviasiyası, desant qüvvələri də cəlb olunub.

Bundan əvvəl Rusiyanın Suriyada onlarla döyüş təyyarəsi yerləşdirdiyi üzə çıxanda məlum olmuşdu ki, həmin gizli əməliyyat qəfil hərbi manevrlərlə pərdələnib. Və Rusiya təyyarələri Suriyaya enənə qədər bundan heç kimin xəbəri olmayıb. İndi bir neçə gün sonra Suriyada Rusiya xüsusi təyinatlı qüvvələrinin və döyüş texnikasının görüntüləri yayılsa yəqin ki, bundan təəcüblənmək lazım gəlməyəcək.

Digər tərəfdən Rusiya Türkiyənin Suriyaya müdaxiləsinə cavab olaraq onun ərazisinə də zərbə endirə bilər və bu zaman NATO-nun tələsik türklərin köməyinə gələcəyini gözləmək sadəlövhlük olardı. Çünki Rusiya hazırda nüvə dəyənəyini tez-tez havada yelləyir.

Türkiyə ilə Rusiya arasında mümkün toqquşma meydanlarından biri də Qara dəniz ola bilər. Hərbi analitiklər qeyd edirlər ki, əvvəl Rusiyanın Qara dəniz donanması Türkiyə donanması ilə müqayisədə zəif idi. Lakin Krımın ilhaqından sonra Rusiya Qara dənizdə tək hegemon qüvvədir. Hərbi ekspert və dəniz silahları üzrə mütəxəssis Konstantn Sivkov hesab edir ki, mümkün toqquşma zamanı Türkiyə hərbi donanması gəmi və katerlərinn 40-45 faizini, habelə 4 sualtı qayığını itirəcək. Rusiyanın itkiləri isə hərbi gəmi və katerlərdə 25-30 faiz, aviasiyada 35 faiz, sahilboyu qoşunlarda 30 faiz ola bilər. Beləliklə, Rusiyanın Qara dəniz donanması Türkiyə

donanması ilə mümkün döyüşdə bir həftəyə üstünlük əldə edə bilərdi.

Ancaq NATO-nun Qara dənizdəki mümkün toqquşmaya qarışması mənzərəni tamamilə dəyişər. Bu halda Rusiya donanmasının məğlubiyyəti qaçılmaz olacaq.

Görünür bu ssenarini Rusiya silahlı qüvvələrinin Baş qərargahında da istisna etmirlər və bir gün əvvəl başa çatan qəfil manevrlərdə Krıma şərti düşmənin kütləvi raket-nüvə hücumlarının dəf edilməsi, əks-həmlə və mümkün təhlükəyə qarşı qoşunların çevik səfərbərliyi sınaqdan keçirilib. Manevrlərin bu mərhələsinin gedişini Putin özü şəxsən Novo-Oqaryevo iqamətgahından videokonfransla izləyib. Nəticələrdən razı qalıb.

Rusiya hərbi nəşrinin yazdığına görə tərəflər birbaşa deyil, dolayısı müharibəyə də girə bilərlər. Bu zaman Dağlıq Qarabağda münaqişənin qızışdırılması, Rusiyanın Türkiyənin cənub-şərqində kürdlərə silah-sursat dəstəyi verməsi kimi ssenarilər mümkündür.

İstənilən halda qeyd etmək lazımdır ki, Moskva Türkiyə və onun müttəfiqqləri ilə hərbi toqquşma riskini tamamilə ciddi sayır və buna hazırlıqla görür. Xüsusən də Krım istiqamətində. Son manevrlər zamanı Krıma əlavə qüvvələr yeridilməsi də buradan irəli gəlir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=53376

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930