“Rayonlarda 1 milyona yaxın iş yeri potensialı var”
“Əgər bələdiyyələri torpaqsatan imicindən qurtarmaq istəyiriksə, onlara ya əlavə səlahiyyət verməliyik, ya da bütövlükdə bələdiyyə institutunu ləğv etməliyik”.
Cümhuriyyət.az modern.az-a istinadən bildirir ki, bunu deputat Zahid Oruc parlamentin plenar iclasında müzakirələr zamanı deyib. Onun sözlərinə görə, nəhayət icra hakimiyyətləri bilməlidir ki, bələdiyyələrin işinə maneə yaratmaq olmaz:
“Əhalinin 4 milyonu gəlib Bakıda məskunlaşıb. Qalanı da bölgələrdədir. Bu qədər əhalinin rayonda işləməsi üçün yerlər torpaq sahələridir. Çünki rayonlarda 1 milyona yaxın iş yeri potensialı var.
Ancaq vətəndaş əmin olmalıdır ki, rayona geriyə dönəndə onun ödədiyi pullar onun artezianına, yoluna qoyulacaq, bələdiyyə kreditlərinə çevriləcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=53378