"Tehran Qarabağın Azərbaycanın tərkibində olmasına razılaşmayacaq" – İranlı jurnalist

25.03.2014 - 10:25

“Tehran Qarabağın Azərbaycanın tərkibində olmasına razılaşmayacaq” – İranlı jurnalist

Ermənistan təkcə Rusiya ilə münasibətlər qurmaqla kifayətlənməməlidir”. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bunu iranlı jurnalist Rubik Minasyan deyib. Onun sözlərinə görə, Rusiya Ukrayndakı situasiyaya həddindən çox diqqət ayırıb və Moskva Suriyadakı hadisələrə artıq qarışa bilmir. Erməni əsilli jurnalistin fikrincə, məhz buna görə İran danışıqlardan kənarda qalıb və bu, İranla “Böyük səkkizlik” ölkələri arasında dialoqa mane olur. O qeyd edib ki, yayılan xəbərlərə görə, İran Ermənistan ilə İran arasında salınacaq dəmir yolundan istifadə üçün Azərbaycan hakimiyyətini razı salmağa çalışır:
“Ermənistan heç vaxt buna getmək niyyətində olmayıb və danışıqların predmeti olmaq üçün də əsas olmayıb. Ancaq bu müzakirələr çərçivəsində maraqlı hadisələr gözləmək olar. Bu, təkcə İran üçün deyil, həm də Ermənistan üçün böyük iqtisadi imkanlar yarada bilər. Belə olan halda Ermənistan hakimiyyəti təkcə böyük qardaş Rusiya ilə deyil, İranla əlaqələrin vacibliyi və əhəmiyyətini anlamalıdır. Başa düşmək lazımdır ki, Rusiya Ermənistanı növbəti alətə çevirə bilər”.
İranlı jurnalist qeyd edib ki, İranla əlaqələr Ermənistanın öz əlindədir: “Çünki Tehran həm iqtisadi, həm də siyasi planda Qarabağın Azərbaycanın tərkibində olmasına heç vaxt razılaşmayacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5339

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728