Kənan M.M: «Mavi deyiləm…»

12.02.2016 - 15:56

kenan mmmYekəxanayam, amma haram yemirəm.
Axar.az xəbər verir ki, bu sözləri rejissor Kənan M.M rəsmi İnstaqram səhifəsində yazıb. Rejissor onu gözü götürməyənlərə də ismarış göndərib:

«Mən özümdən razıyam, amma kafir deyiləm. Lovğayam, amma vətən xaini deyiləm. Yekəxanayam, amma haram yemirəm. Təkəbbürlüyəm, amma mavi deyiləm. Kobudam, amma heç kimin haqqına girmirəm. Özünü sevənəm, amma tanımadığım insan haqqında rəy bildirmirəm. Allahın mənə verdiyi ömrün saat və dəqiqələrindən boş yerə istifadə edib, qeybət etmirəm. Mən beləyəm.

Yaltaq, nankor, etibarsız deyiləm. Bəs sən? Özünə sual verib gecələr vicdanınla baş-başa qalmısan? İnsanın qəlbinin içini bilən yalnız Allahdır. Sonda qərarı da Allah verəcək. Biz sadəcə, cümlələr qururuq. Allahın yaratdığı hər kəsi sevirəm. Məndən zəhləsi gedənlərə şad xəbər: mən sizi tanımıram, amma sizin həmişə məndən zəhləniz gedəcək. Çünki siz məni tanıyırsınız».

Short URL: http://www.cumhuriyyet.net/?p=53406

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728