Ali məktəblərdə təqaüd komissiyaları yaradılacaq

12.02.2016 - 17:24

mikiTəhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin təsdiq etdiyi “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın icra olunması haqqında əmr imzalayıb.

Nazirlikdən lent.az-a verilən məlumata görə, əmrə əsasən, Nazirlər Kabinetinin 6 fevral 2016-cı il tarixli 38 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilib.

Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə cari semestrdən başlayaraq təhsilalanların təqaüdlərinin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na uyğun təyin olunmasını və ödənilməsini, təqaüd komissiyasının formalaşdırılmasını, tələbələrin ixtisaslar üzrə ÜOMG-nin hesablanması, sıralama siyahılarını və buna əsasən təqaüd siyahısını, fənlər üzrə akademik nailiyyətlərə görə təqaüd növlərinin müəyyənləşdirilməsini və digər təşkilati məsələlərin həllini təmin etmək tapşırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=53412

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728