Sərkisyan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini dəyişdi
Ermənistan prezidenti Serj Sərkisyan baş prokurorun müavini Georgi Kutoyanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru təyin olunması barədə sərəncam imzalayıb.
Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Prezidentin başqa bir sərəncamı ilə Qorik Akopyan MTX-nın direktoru vəzifəsindən azad olunub.
70 yaşlı Q.Akopyanın ölkə prezidentinin müşaviri təyin edildiyi bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=53423