Türkiyədə azərbaycanlıların işlədiyi gəmidə qiyam, yoxsa tətil?

12.02.2016 - 17:54

tankerTürkiyəyə azərbaycanlıların da çalışdığı gəmidə tətil başlayıb.

Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, quru yük gəmisi olan “Dəniz M” İstanbulun Tuzla rayonunda sahildədir. Gəmidə çalışanlar arasında azərbaycanlılar da var.

Heyətin bir hissəsi 3 aydır maaşlarının verilmədiyini və tətili də bu məqsədlə keçirdiklərini deyiblər. “İskəndərun Gemicilik” şirkətinə məxsus gəmi son olaraq yanvar ayında Bəhreyndən Mərakeşə yük aparıb.

Onlar öz şikayətlərini Tuzla Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşlarına çatdıraraq bildiriblər ki, 28 yanvarda Bəhreyndən Mərakeşə yükdaşıma həyata keçirdikdən sonra yenidən Türkiyəyə qayıdıblar.

Şirkət rəhbərliyi Anadolu Ədliyyə Sarayının növbətçi prokurorluğuna şikayət edib. Prokurorluğun təlimatı ilə gəmiyə Sahil Təhlükəsizlik Xidməti əməkdaşları göndərilib və tətil edən 10 nəfərin ifadəsi alınıb. Maaş tələbi ilə tətilə başlayan mühəndislər, ikinci kapitan, göyərtə rəisi və başqaları 3 aya görə 80 min dollar maaş almalı olduqlarını deyiblər.

“Biz artıq 3 aydır ki, maaş almırıq. Gəminin məxsus olduğu şirkət şikayətimizə əhəmiyyət vermir. Biz çıxılmaz vəziyyətdə qalmışıq və 10 nəfər etiraz əlaməti olaraq tətilə başlayıb. Rəhbərlik isə bizim şikayətlərimizi dinləmək və maaşlarımızı ödəmək əvəzinə bizi gəmini ələ keçirməkdə günahlandıraraq Sahil Təhlükəsizlik xidmətinə şikayət edib”, – deyə etirazçılar bildiriblər.

Gəminin kapitanı Cəmil Atış və digər 12 nəfər, əksəriyyəti azərbaycanlılar olmaqla digər ekipaj üzvləri gəmini tətil başlamamış tərk ediblər. Onlar etiraz aksiyasına qoşulmamağa qərar verib.

Azərbaycanın Baş Konsulluğundan isə bu barədə məlumatsız olduqlarını bildiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=53425

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728