Rövnəq Abdullayev “Günəşli”də partlayan özüldə olub

12.02.2016 - 17:57

rovneqBu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülünə səfər edib.

Virtualaz.org SOCAR-ın saytına istinadən bildirir ki, əvvəlcə özülün yanğın söndürüldükdən sonrakı vəziyyətinə baxış keçirilib. Əsas istehsal qurğu və avadanlıqların, həmçinin quyuların vəziyyəti haqqında şirkət prezidentinə məruzə edilib.

Sonra SOCAR-ın aidiyyəti rəhbər işçilərinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib. SOCAR prezidenti yanğının söndürülməsindən sonra özüldə qəzanın nəticələrinin aradan qaldırılması qrafiki ilə tanış olub, bu istiqamətdə aparılacaq təmir-bərpa işlərinin əsas prioritetlərini vurğulayıb, təhlükəsizlik qaydalarına əməl olunmasının, ekoloji məsələlərə diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılmasının və quraşdırılacaq avadanlıqların etibarlılığının mühüm əhəmiyyət daşıdığını söyləyib.

R.Abdullayev özüldə hasilat prosesinin planlaşdırılan müddətdə bərpa olunması məqsədi ilə görüləcək işlərdən danışıb, idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlarını verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=53427

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728