Mirzə Xəzərdən məmur övladlarıyla bağlı şok açıqlama

25.03.2014 - 11:21

Mirzə Xəzərdən məmur övladlarıyla bağlı şok açıqlama

“Harın övladların müstəsna imtiyaza malik olması Azərbaycanda yeni təzahür deyil”
“Tarixin bütün mərhələlərində Azərbaycanda şəxsiyyətin inkişafına imkan verilməyib”
Martın əvvəllərində xalq artisti, tarzən Ağasəlim Abdullayevin ağır qəza keçirərək dəhşətli ailə faciəsiylə üzləşməsindən sonra hadisəni törətmiş harın məmur balasının həbsxanaya basılması belə, cəmiyyətin nifrətini səngidə bilmədi. Hətta həmin azğın “avtoş”un atasının (konkret adlar çəkməklə həmin adamları ictimai qınaq obyektinə çevirmək qayğımız yoxdur, sadəcə mövzuya təkrar müraciət etməyimiz sifariş kimi də yozula bilər) prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad edilməsi də söz-söhbətlərə son qoymadı. İnsanlar bu cür azğınlığın az qala hər gün yaşandığını və adekvat reaksiya verilmədiyini iddia edərək yolunu azan hər kəs barəsində kimliyindən asılı olmayaraq bu cür ölçü götürlməsinin vacibliyini bildirdilər. Ölkədəki bir həftəlik tətil bu mövzunu nisbətən arxa plana keçirsə də bayramı yasa dönmüş Ağasəlim Abdullayevin üzləşdiyi fraciə hər zaman insanları narahat etdiyindən aktuallığını qorumaqdadır. Elə tanınmış ictimai xadim, publisist Mirzə Xəzər də baş verənlərlə barışa bilmir və Moderator.az-a göndərdiyi etiraz məktubunda həmin müdhiş qəzanın sistemin mahiyyətindən doğduğunu və davam edəcəyini bildirir:
“Qudurmuş balası qəza törədən görməmiş məmurunu işdən qovmaqla İlham Əliyev gözünüzə kül üfürür. Həqiqətdə prezidentiniz harın məmurları və onların qudurğan övladlarını cəzalandırmaq istəmir və cəzalandıra bilməz. Niyə cəzalandıra bilməz? Ona görə cəzalandıra bilməz ki, əvvələn prezidentiniz övlad cəzalandırmaq əməliyyatına öz yaxın ətrafından başlamalıdır ki, buna heç vaxt razı olmaz. Və ona görə cəzalandıra bilməz ki, bu oğru məmur kütləsi Əliyev rejiminin təməlidir. İlham Əliyev öz hakimiyyətinin təməlini məhv edə bilməz: rejim uçar, prezidentiniz uçqunun altına əzilər. Bəs rüşvətxor və saxtakar məmurları işdən çıxarıb onları vicdanlı və nisbətən əli təmiz şəxslərlə əvəz etmək mümkün deyilmi? 
Mümkündür. Amma İlham Əliyev bu yolu gedə bilməz. Bu yol Əliyev rejimini uçuruma aparır.
Niyə? 
Çünki belə olduğu halda məmur təmizləmə kampaniyasına elə İlham Əliyevin ən yaxın ətrafından başlamaq lazım gələr ki, prezidentinizin siyasi intihara əl atmaq niyyətində olduğunu düşünmək yanlışdır. Digər tərəfdən isə vicdanlı və əli təmiz məmurlar ideologiyası şəxsiyyətə pərəstişə və siyasəti ölkənin sərvətlərini və xalqın var-yoxunu qamarlamaq olan mövcud rejimini qəbul etməzlər. Bəs nə qalır? Kütlənin gözündən pərdə asmaq və ədalətli “padşah” imicini xalqa sırımaq. Prezidentin, rəhbərin və partiya başçısının, habelə məmur təbəqəsinin övladlarının harınlığı, müstəsna imtiyazlara malik olması Azərbaycanda yeni təzahür deyil. Faciə ondan ibarətdir ki, tarixin bütün mərhələlərində Azərbaycanda şəxsiyyətin inkişafına imkan verilməyib: şəxsiyyət alçaldılıb və əksəriyyəti təşkil edən hüquqsuz kütlə var-dövlət, güc, hakimiyyət sahibi olan əqəliyyətə (əhalinin cüzi hissəsini təşkil edən “seçilmişlərə”) tabe olmağa, itaət etməyə, bu təbəqənin əlinə baxmağa vadar edilib. Hətta “fəhlə və kəndli” cənnəti adlandırılan kommunist sisteminin hakimiyyəti illərində də Azərbaycanda təbəqələşmə eynən feodalizm dövründə mövcud olmuş struktur üzrə bərqərar olmuşdu. Feodalizm dövründə olduğu kimi, sosializm illərində də vəzifə sahiblərinin balaları misilsiz imtiyazlara sahib olublar. Və feodalizm dövründə olduğu kimi kütlə susmuş və susdurulmuş vəziyyətdə olub. Bu qudurmuş gənclər özlərini kütlədən və qanundan yuxarı və üstün məxluq hesab edirdilər və təəssüf ki, bu təmayül, bu təzahür bu gün də mötəbərdir. 23 illik müstəqillik dövründə də Azərbaycanda hakimiyyəti əldə saxlamaq naminə şəxsiyyətin inkişafına imkan verilmir. Cəmiyyətin inkişafına da imkan verilmir. Cəmiyyət və fərdlər zəif olduqca, Azərbaycanda quldarlıq və feodalizm quruluşlarının ən çirkin adətləri tətbiq ediləcək. Prezidentdən başlamış ən aşağı səviyyəli məmura kimi hər birinin övladı özünü cəmiyyətdən, millətdən, qanunlardan yuxarı sayırlar və belə gedərsə, saymaqda davam edəcəklər. Çünki bu rejimi yaşadan amil-kütlənin itaətdə saxlanması, susdurulması, etirazının beşiyində boğulmasıdır və bir sözlə kütlənin müntəzəm və davamlı olaraq alçaldılmasıdır.”
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5343

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930