Arxeoloqlar vampir qadın skeleti tapıblar

25.03.2014 - 11:47

2011-ci ildə İtaliyalı arxeoloqlar Venesiyada qazıntı zamanı qadın
cəsədinin qalıqlarını aşkarlayırlar. Qadının ağzında daş var idi. Bu
qəbrin XVI əsrə Venesiyada vəba xəstəliyinin tüğyan etdiyi vaxtda
təsadüf olunduğu ehtimal edilir.

Görünür, qadını basdıranlar onu vampir hesab ediblər. Həmin vaxtın
inanclarına görə epidemiya qurbanlarını vampir hücumundan qorumaq
məqsədi ilə vampirlərin ağızlarına daş yeridirdilər. Antropoloq Matteo
Borrinin dediyinə görə İlk dəfədir ki, arxeoloqlar ekzortizm ritualının
təsdiqinə dair belə əyani material əldə ediblər.

O, ümüd edir ki, bu yeni tapıntı vampir mifinin tarixçəsinə yenilik
gətirəcək. Vampir mifinin yaranması birbaşa Avropada XIV-XVIII əsrlərdə
vəba epidemiyası ilə bağlıdır. Məsələ bundadır ki, vəbadan ölənlər adi
qaydada bastırılmayıblar.

Belə adamların qəbri açılanda cəsədin piyinin şişdiyi və tüklərin
hələ də çıxması müşahidə olunurdu. Bu da o zamanın adamlarında həmin
ölülərin hələ də yaşaması təssəvürünü və inamını formalaşdırmışdı.

Vəba bakteriyası həm də basdırılan ölünün üzünə çəkilmiş parçanı
yeyib, dağıdırdı. Ona görə də vampirləri həm də “kəfənyeyənlər”
adlandırırdılar. Matteo Borrini hesab edir ki, vampirin ağzına qoyulan
daş bu cür kəfən yemənin və insanlara hücumun qarşısını ala bilərmiş.
Venesiya abidələrinin bir çoxu məhz vəba epidemiyası ilə bağlıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=5346

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728