Mingəçevir teatrının direktoru polisə çağırıldı – QALMAQAL

13.02.2016 - 11:15

sexavet-memmedovMingəçevir Dövlət Dram Teatrı ətrafında qalmaqallar səngimək bilmir.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, teatrın direktoru Səxavət Məmmədov bir neçə gün öncə Mingəçevir Şəhər Polis İdarəsinə çağırılıb. Direktorun polisə çağırılmasının səbəbi isə iki nəfərin (hələlik adlarını qeyd etmirik-red.) “kitabxanaçı” adı ilə dram artisti ştatına götürülməsi və hələlik tam dəqiqləşdirə bilmədiyimiz digər məsələlərdir. Hətta şəhər polis idarəsinin rəis müavini məsələ ilə bağlı teatrda olub.

Əldə etdiyimiz digər məlumatda bildirilir ki, Səxavət Məmmədov aktyorların gözü qarşısında truppa müdiri Könül Hacıyevanı danlayıb, hətta ona qeyri-etik ifadələr işlətməkdən belə çəkinməyib. aktyorlardan birinin əməkdaşımıza bildirdiyinə görə, K.Hacıyeva iki gün öncə baş verən hadisədən sonra işdən çıxmaqla bağlı ərizə yazıb və dünən işə getməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=53469

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728