Samir Şərifov Dubayda bahalı oteldə dincəlir

25.03.2014 - 11:52

Belə görünür ki, Dubar azərbaycanlı məmurların, yaxud keçmiş məmurların ən sevimli istirahət məkanlarından birinə çevrilib.

 

Bakı Metropoliteninin
sabiq rəisi Tağı Əhmədov Dubaydakı dəbdəbəli “Atlantis” otelində ailə
üzvləri ilə birgə bahalı bir Novruz tətili keçirir. Bu yazı saytımızda
işıq üzü görəndən sonra T.Əhmədov faktı təsdiqləyib bildirdi ki, o və
ailə üzvləri doğrudan da beşulduzlu “Atlantis”də istirahət edirlər.

Azərbaycanın maliyyə naziri Samir Şərifov da hazırda
Dubayda Novruz tətilindədir. Tağı Əhmədov kimi cənab Şərifov da
“Atlantis” otelinin ən bahalı nömrələrinin birində yaşayır.

Otelin adının çəkilməsini istəməyən əməkdaşlarından birinin
virtualaz.org saytına verdiyi xəbərə görə, S.Şərifov ailə üzvləri ilə
birlikdə 7 min dollarlıq apartamentdə qalır.

Ümumiyyətlə, bu oteldə nömrələrin qiymətləri 700 dollardan başlayaraq
10 min dollara qədər dəyişir. Yada salaq ki, Azərbaycanın maliyyə
nazirinin aylıq maaşı 1500 manatdır.

Maliyyə naziri Bakıya qayıdandan sonra virtualaz.org saytı cənab
Şərifova Dubayın ən bahalı otelində ona bayram tətili keçirməyə imkan
verən əlavə gəlir mənbələri barədə sorğu ilə müraciət etmək
niyyətindədir. Və bildirirk ki, cənab nazirin sorğumuza rəsmi cavabını
saytımızda dərc etməyi özümüzə vəzifə bilirik.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5347

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930