п»ї Azərbaycanın ən gənc icra başçısı ilə bağlı ilginc məqam – Yeri gələndə qanunlar pozula bilir – FAKT

25.03.2014 - 11:55
п»ї

Azərbaycanın ən gənc icra başçısı ilə bağlı ilginc məqam – Yeri gələndə qanunlar pozula bilir – FAKT

Naftalanın şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov “Dövlət qulluğu haqqında” qanunun tələblərinə zidd olaraq çalışır. Bu barədə DİA.AZ-ı bilgiləndirən mənbənin sözlərinə görə, Natiq Aslanov həqiqi hərbi xidmətdə olmasa da, icra strukturunda çalışır. Məlumatda qeyd olunur ki, Natiq Aslanov həqiqi hərbi xidmətdən yayınsa da, dövlət qulluqçusu statusu ala bilib.
Qeyd edək ki, Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də icra başçısı kimi Natiq Aslanovun həqiqi hərbi xidmətdə olması barədə qeyd yoxdur. Natiq Aslanovun icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən tərcümeyi-halını təqdim edirik:
Aslanov Natiq Musa oğlu 1976-cı il avqust ayının 22-də Naftalan şəhərində anadan olumuşdur. 1998-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mühəndis iqtisadiyyatı və idarəetmə fakultəsini bitirmişdir. 2000-ci ildən 2004-cü ilə kimi “Kəpəz” firmasında alqı-satqı üzrə menecer, 2004-2010-cu il tarixlərində “Tam İnşaat” MMC-nin direktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 25 yanvar tarixli 696 saylı sərəncamı ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Natiq Aslanov Azərbaycanın ən gənc icra başçısı hesab olunur. Dia.az bildirir ki, ən yaşlı icra başçımız isə Şəmsəddin Xanbabayevdir ki, o da Xaçmaz rayonun rəhbəridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=5348

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728