Səfirliklərdə maaş maxinasiyası

25.03.2014 - 12:52

Azərbaycanlılar əcnəbilərlə müqayisədə az əmək
haqqı alırlar

Azərbaycanlılar əcnəbilərlə müqayisədə az əmək
haqqı alırlar

 

 

Xarici
dövlətlərin Azərbaycandakı səfirliyində işləyən ölkə vətəndaşları əcnəbilərlə
eyni iş görsələr də, nədənsə onlardan az əmək haqqı alırlar. Onların əmək
haqlarının digərlərindən fərqləndirilməsi müəyyən suallar yaradır. Əgər
səfirliyin mühafizəçilərindən biri həmin ölkənin vətəndaşıdırsa ona ayda azı
1500 avro ödənilir. Digər mühafizəçi Azərbaycan vətəndaşıdırsa, bu zaman ona ən
yaxşı halda 400-450 avro əmək haqqı verirlər. Baxmayaraq ki, hər iki mühafizəçi
fiziki baxımdan eyni iş görürlər. Bir sıra hallarda isə yerli vətəndaş
səfirlikdə əcnəbi vətəndaşdan daha çox
işləyir. Özlərini demokratiya, insan haqlarının müdafiəçisi, ali dəyərlərin
qoruyucusu kimi təqdim edən qərb dövlətlərinin Azərbaycandakı səfirlikləri
nədən belə ayrı seçkiliyə yol verirlər?

Bu haqda “Yeni Cumhuriyyət”ə xəbər verən mənbə deyir ki, əslində
belə bir ayrı seçkiliyin baş verməsinə səbəb əcnəbi səfirliklər deyil, elə öz
ölkəmizdir. Çünki Azərbaycanda istəmirlər ki, onun vətəndaşları daha çox əmək
haqqı alsın. Belə ki, məhz bununla bağlı olaraq hələ bir müddət əvvəl
səfirliklərə bu haqda göstəriş verilib, həmçinin söyləyib ki, bu zaman
Azərbaycan qanunvericiliyinə istinad etsinlər. İndi hər hansı bir səfirlikdə
işləyən azərbaycanlı əmək haqqının azlığından şikayət edəndə ona deyirlər ki,
öz millətinin nümayəndəsinin aldığı qədər ona əmək haqqı verə bilməzlər, çünki
qanunvericilik buna imkan vermir. Beləliklə də səfirliklərdə işləyən
soydaşlarımız pul məsələsində ciddi ayrı seçkiliyə məruz qalır. Bu məsələnin
həll edilməsi isə elə həll edilməz olaraq qalır.

Xatırladaq
ki, illər öncə ölkə mətbuatında xarici neft şirkətlərində işləyən
azərbaycanlıların əmək haqlarının həddən artıq aşağı olması haqqında xəbərlər
yayılırdı. Hətta iddia edilirdi ki, bu məsələ ilə bağlı olaraq yerli hökumətlə
iri neft şirkətlərinin arasında razılaşma əldə edilib. O da bildirilir ki,
səfirliklərin öz mühafizəçilərindən savayı, Daxili İşlər Nazirliyinin Mühafizə
Polisinin əməkdaşları da qoruyur. Səfirliyi mühafizə edən polis əməkdaşları isə
yüksək (300-400) əmək haqqı alırlar. Mənbə deyir ki, bəzi hallarda səfirliklər,
eləcədə banklar və digər strukturlar sutka ərzində onu mühafizə edən polis
əməkdaşlarına ştatdan kənar olaraq 100 manat və ya 100 dollar əlavə pul
verirlərmiş. Ancaq sonradan bu ənənəyə son qoyulub.

Zaur

Short URL: http://www.cumhuriyyet.net/?p=5354

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728