Gədəbəy Təhsil Şöbəsində 400 min manatlıq yeyinti

25.03.2014 - 13:23

Şöbə müdiri büdcədən ayrılmış pulları
hamıdan gizlədə bilib

Şöbə müdiri büdcədən ayrılmış pulları
hamıdan gizlədə bilib

 

Gədəbəy
rayon Təhsil Şöbəsində 400 min manat müəmması yaşanır. Ötən il ayrılmış həmin pulların
sənəd üzərində təyinatları üzrə sərf edildiyi əks edilsə də, rayonun orta
məktəblərində durum kritik olaraq qalır. Hətta elə kənd məktəbləri var ki, ötən
əsrin əvvəllərindən qalıb və dağılmaq üzrədir. Amma şöbə müdiri ayrılmış
pulları həmin məqsədlərə deyil, özünə sərf edib.

Qəzetimizi
məlumatlandıran mənbə xəbər verir ki, şöbə müdiri iki böyük əməliyyatlarla
özünə gün ağlamağa nail olub. Belə ki, o, digər maşın və avadanlıqların satın
alınması üçün ayrılmış 112800 manatı və bərk inventarların satın alınmasına
ayrılmış 110880 manatla özünə təkcə rayonda deyil, həmçinin Bakıda da mülklər
ala bilib.

Bundan
başqa, digər maşın və avadanlıqların satın alınması adı altında ikinci dəfə
ayrılmış 66200 manat da təyinatı üzrə xərclənməyib. Üstəlik, avadanlıqların
satın alınması məqsədi ilə ayrılmış 92516 manat da digərlərinin aqibətini
yaşayıb. Məlumatlarda deyilir ki, Gədəbəy rayon Təhsil şöbəsinə bərk
inventarların satın alınması üçün əlavə olaraq iki dəfə də pul ayrılıb. Bu dəfə
82910 manat və 78700 manat təhsil şöbəsinin müdirinin zavalına gəlib.

 

Səlim

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5357

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930