Rusiya ABŞ-dan da Alyaskanı geri almağa hazırlaşır

25.03.2014 - 13:42

Rusiya ABŞ-dan da Alyaskanı geri almağa hazırlaşır

ABŞ-ın Krımı aldığına görə Rusiyaya təzyiq göstərməyə çalışdığı bir vaxtda bu ölkənin ərazilərinin bir hissəsinin də ruslar tərəfindən alınacağı xəbərləri yayılıb
Virtualaz.org saytı xəbər verir ki, Ağ Evin saytında Alyaska ştatının Rusiyanın mülkiyyətinə geri verilməsi tələbinin yer aldığı petisiya yerləşdirilib və cəmi beş gündə bu petisiya 20 mindən çox tərəfdar toplayıb. Ağ Evin məsələyə rəsmi münasibət bildirməsi üçün 100 min imza lazımdır.
Amerika KİV-ləri bildirir ki, bu petisiya elə-belə meydana çıxmayıb və Rusiyanın Avropa Şurasındakı səfiri Vladimir Çijovun bu günlərdə “Endi Marrın şousu” verilişində etdiyi zarafatı yada salır.
V.Çijov senator Con Makkeynə məsləhət görmüşdü ki, Moldovanın taleyindən narahat olmaq əvəzinə Alyaska haqda fikirləşsin.
Weekly World News saytı isə bildirir ki, prezident Vladimir Putin Alyaskanı geri amaq üçün plan qurub və bu planı Barak Obamanın prezident səlahiyyətlərinin başa çatmasına qədər həyata keçirəcək.
Sayt daha da irəli gedərək Putinin Alyaskanı bu ilin iyulunda ələ keçirəcəyini yazır.
Qeyd edək ki, rus çarı Alyaskanı vaxtilə ABŞ-a pulla satıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5358

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930