Daha bir cəbhəçi həbsdən çıxdı
AXCP Sabunçu rayon şöbəsinin fəalı Ağaverdi Ruşanov martın 25-də həbsdən
azad olunub. O, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati
həbs cəzasına məhkum edilmişdi. A.Ruşanov polisə müqavimətdə ittiham
olunurdu.
Həbsdən çıxandan sonra A.Ruşanov bildirib ki, ona qarşı
ittiham və verilən cəza tam qanunsuz olub. Ruşanov deyib ki, həbsin əsas
məqsədi ona və mənsub olduğu partiyaya təzyiq göstərmək, mübarizədən
çəkindirməkdir: “Ancaq bu metodlar çoxdan cəbhəçilər üçün əhəmiyyətini
itirib. Biz düz və haqlı yoldayıq. Sonacan, xalqımızı demokratiyaya
qovuşdurana qədər mübarizədəyik”.
Ağaverdi Rusanov fevral ayında
AXCP-yə qarşı kampaniyada həbs olunanlardan idi. O zaman 7 cəbhəçi
müxtəlif yerlərdə “polisə müqavimət” bəhsanəsi ilə saxlanaraq, 20
sutkalıq həbslə cəzalandırmışdılar. Hazırda onların 6-sı azadlıqdadır.
Həbsi davam edən AXCP Gənclkər Komitəsinin fəalı Türkel Əlisoydur.
Short URL: http://www.cumhuriyyet.net/?p=5362