Böyük Britaniya "İsmayıllı hökmü"nü siyasi motivli sayır
Britaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanda müxalifət liderləri
İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəmə prosesinin gedişindən və
çıxarılmış hökmdən dərin narahatlığını ifadə edir.
Britaniya XİN
düşünür ki, “REAL” hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat
Partiyası başqanının müavini Tofiq Yaqubluya çıxaılan hökm Azərbaycanda
məhkəmələrin müstəqilliyi və özünü müdafiə haqqının effektiv həyata
keçirilməsi məsələləri ilə bağlı ciddi suallar doğurur.
Nazirliyin
sözçüsü deyib ki, nazir özü 2013-cü ilin dekabrında Bakıda səfərdə
olarkən sözügedən şəxslərlə bağlı məsələni qaldırmışdı. Bakıdakı
Britaniya səfirliyinin əməkdaşları da məhkəməni yaxından izləmişdilər:
“Biz
məhkəmə gedişatının bir sıra aspektlərindən narahatıq. Həmin aspektlər
hökmün siyasi motivli olması təəssüratını gücləndirir. “
İlqar
Məmmədov (7 illik həbs cəzası) və Tofiq Yaqublu (5 illik cəza) keçən il
yanvarın 23-24-də İsmayıllıda icra başçısının istefası ilə nəticələnən
iğtişaşlara görə saxlanıb, ictimai asayişi pozmaq və hakimiyyət
nümayəndələrinə qarşı zor işlətməkdə ittiham olunublar.
Short URL: http://www.cumhuriyyet.net/?p=5363