"Bakı"nın sabiq futbolçusu klub prezidenti oldu

25.03.2014 - 14:17

“Bakı” və Latviya milli komandasının sabiq futbolçusu Maris Verpakovski yeni vəzifədə fəaliyyətə başlayıb.

 

34 yaşında karyerasını bitirmiş Verpakovski vətəni
Latviyada yeni yaradılan “Liepaya” klubunun prezidenti seçilib.

Liepaya şəhərini “Metallurq”un dağılmasından sonra ölkə çempionatında
məhz bu komanda təmsil edir. Artıq ilk turda Verpakovskinin klubu
“Metta” ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb. “Liepaya”nın
start heyətinə ötən mövsümlərdə Azərbaycan Premyer Liqasında çıxış etmiş
3 futbolçu da daxil edilib. Bunlar “Xəzər Lənkəran” və “Rəvan”ın
slovakiyalı sabiq müdafiəçisi İvan Pexa, “Qəbələ”, “Rəvan” və
“Qarabağ”ın argentinalı keçmiş yarımmüdafiəçisi Kristian Torres, eləcə
də “Gəncə” və “Simurq”un latviyalı eks-forvardı Kristap Qrebis olub.
Torres 76 dəqiqə, Pexa və Qrebis sonadək meydanda olub. Üstəlik,
latviyalı hücumçu 60-cı dəqiqədə bərabərlik qolunun müəllifi olub.

Verpakovski UEFA-nın rəsmi saytına
açıqlamasında növbəti oyunlarda “Liepaya”nın heyətində futbolçu kimi
meydana çıxmasının mümkünlüyünü dilə gətirib: “Doğma şəhərimdə
vəziyyətin çox ağır olduğu anda necə yan keçə bilərdim? Bu mənada
atdığım addımı təbii sayıram. İlk növbədə, şəhər rəhbərliyinə və
futbolçularımıza minnətdaram. Xoşbəxtəm ki, ümumi səylərlə Liepayada
futbolu qoruduq. Burada futbolu həmişə seviblər və sevirlər. Kim bilir,
bəlkə “Liepaya” formasında da meydana çıxacağam”.

Qeyd edək ki, Qeyd edək ki, Maris
Verpakovski “Bakı”da 2011-ci il iyunun 30-dan bu il yanvarın 30-dək
forma geyinib. O, Azərbaycan klubunda 27 oyuna 3 qol vurub.
Verpakovskinin son komandası isə ötən ilin sonlarında tərk etdiyi
Yunanıstan “Erqotelis”i olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=5365

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930