AzTV şefi ölkə prezinentinə meydan oxudu

25.03.2014 - 14:34

AzTV şefi ölkə prezinentinə meydan oxudu

Politika.Az xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı digər maraqlı detalları da əldə edib
Belə ki, məlum olub ki, ölkə başçısının sərəncamına belə münasibət təkcə AzTV- də deyil, eyni zamanda ölkənin əsas rəsmi qəzetlərində də sərgilənib. İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması sərəncamını nə “Azərbaycan” qəzeti, nə də “Xalq” qəzeti dərc edib. 
Həm AzTV-nin, həm də rəsmi qəzetlərin prezident sərəncamına göstərdikləri münasibətin arxasında hansı məqam dayanır?! Bu göstəriş onlara hardan gəlib?! Ümid edirik ki, bu sensasion məqama aydınlıq gətiriləcək. 
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Azadlıq” qəzetinin bu məslə ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, sərəncamı dərc etməmələrinə səbəb onun redaksiyaya göndərilməməsidir. Belə ki, baş redaktorun sözlərinə görə, qəzet rəsmi xəbərləri “Azərtac” dövlət agentliyindən alır, həmin sərəncamı isə agentlik qəzetə göndərməyib.
Elnur Aslanovun işdən çıxarılması haqda sərəncamı “Azərtac” agentliyinin “Azərbaycan” qəzetinə göndərməməsinə gəlincə, bu barədə agentlikdən mövqe öyrənmək mümkün olmayıb. Lakin qeyd edək ki, agentlik sərəncamı martın 17-də öz saytında yerləşdirib. 
Mövzu ilə bağlı “Qafqazinfo” da Aslan Aslanovun mövqeyini öyrənməyə çalışıb. “Azərtac”dan heç bir məlumat əldə etmək mümkün olmayıb. Sadəcə bir cümlə öyrənmək mümkün olub ki, bu mövzu ilə bağlı “Azərtac”ın açıqlaması olmayacaq. Çünki situasiya haqqında lazımi şəxslərə məlumat verilib. 
Ancaq bütün hallarda məsələ açıq qalır. Çünki B.Sadıqovun məsələni “Azərtac”ın üstünə atması ilə vəziyyətdən çıxmaq mümkün deyil. Bunun üçün daha güclü arqument lazımdır. Çünki prezidentin sərəncamı artıq həmin gün saat 16:00 radələrindən bütün ölkə mediasında manşet kimi yayılıb və günün əsas xəbərinə çevrilib. Belə bir halda həm “AzTV”nin, həm də rəsmi qəzetlərin bu sərəncamı işıqlandırmamasının daha ciddi izahatı olmalıdır.
Politika.Az xəbər verir ki, təkcə rəsmi qəzetlər deyil, eyni zamanda Elnur Aslanovun nəzarətində olan xəbər portalları da ölkə prezindetinin vermiş olduğu sərəncama bigan yanaşaraq sərəncamı yayımlamayıblar.
Redaksiyamıza daxil olan məlumata görə, AZ TV-da ölkə prezindetnin sərəncamının yayımlanmamasının səbəbi AZ TV şefi Arif Alışanovun kürəkəni, Elnur Aslanovun Orxan ələkbərovun böyük rolu olub. AZ TV-dəki qaynaqların sızdırdığları məlumatda idda edilir ki, Elnur Aslanovun əsas kadırlarından olan Orxan Ələkbərov qaynatasını da “Nurçu” təriqətinə yönləndirməklə bərabər,eyni zamanda da Elnur Aslanovun itaətinə gorməsinə səbəb olub.
Elə ölkə prezindentinin sərəncamının yayımlanmaması da göstərdi ki. Arif Alışanov açıq şəkildə ölkə prezidentinə meydan oxuyub.

Short URL: http://www.cumhuriyyet.net/?p=5366

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930