Türkiyə Müdafiə Nazirliyi: Ordu Suriyaya daxil olmayıb
“Terrorçu PKK və PYD qruplaşması tərəfindən Türkiyənin Kilis bölgəsinə, Dəmirişıq sərhəd polis şöbəsinin binası top atəşinə tutulub. Döyüş qaydalarının tətbiqi qaydalarına uyğun olaraq, ölkəmizin ərazisinin qorunması üçün onlara cavab atəşi açılıb”.
Virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsmət Yılmaz bildirib.
“Silahlı qüvvələrimiz ölkəmizə top mərmilərinin Suriyanın Maranaz, Sicarnaz, Minak hava limanı, Tel-Fırat və Şafarikat bölgələrindən atıldığını müəyyən edərək, həmin əraziləri atəşə tutublar. Bizim tərəfdə itki və xəsarət alan yoxdur. Qarşı tərəfdən isə məlumatsızıq.
Terrorçu PKK-nın Suriyadakı qolu olan PYD-nin irəliləməsi Türkiyəyə əlavə köç axını deməkdir. Qanunsuz mühacirət isə həm Türkiyə, həm də Avropanın təhlükəsizliyini təhdid edir. Türkiyəyə 2,5 milyondan çox mühacir gəlib. Suryada etnik təmizləmə prosesi aparılır. Hamı yerində durarsa, Türkiyə də bir iş görməz. Ancaq əlavə torpaq, yer qazanmaq istəyənlər Türkiyənin təhlükəsizliyini təhdid etdiyindən, biz də onlara qarşılıq veririk”, – deyə nazir vuruğulayıb.
İsmət Yılmaz rəsmi Ankaranın Suriyaya hərbi qüvvə göndərməyi planlaşdırmadığını da bildirib.
Qeyd edək ki, ötən gecə terrorçu PKK, PYD və YPG, habelə Bəşər Əsəd hakimiyyətinin təmsilçiləri “100 türk əsgərinin Suriya ərazisinə müdaxilə etdiyi” barədə iddia irəli sürmüşdülər.
Short URL: http://www.cumhuriyyet.net/?p=53661