Zeytun ağaclarını kəsib yerində şadlıq sarayı tikirlər

25.03.2014 - 14:55

Zeytun ağaclarını kəsib yerində şadlıq sarayı tikirlər

Nəsimi rayonu, 7-ci mikrorayon, Zərifə Əliyeva parkının yaxınlığındakı zeytunluq məhv olmaq üzrədir.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə tanınmış vəkil Namizəd Səfərov sosial şəbəkədəki səhifəsində yazıb.
Vəkil bildirib ki, zeytun bağında ağaclar qırılaraq yerində obyektlər tikilir: “Zeytun bağının axırına çıxmaq üzrədirlər. Zeytunluqdakı son ağacı kəsib yerində obyektlər tikməyincə sakitləşməyəcəklər. İndiyədək bağın içində yüzlərlə ağac kəsilib. Hazırda isə 100-dən çox ağacı kəsirlər. Deyilənə görə, zeytun bağının yerində şadlıq sarayı tikiləcək”.
Vəkil Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib: “Bəlkə o əraziləri hansı mafioz və ya milli xəyanətkar bu günə qoyur ? Görəsən, Bakı şəhərinin meri cənab Abutalıbov buna nə deyir?”  (virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5367

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031