“İctimai nəzarət haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “İctimai nəzarət haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Virtualaz.org saytı xəbər verir ki, layihənin məqsədi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin vəzifə və funksiyalarının, həmçinin qanunvericilik aktlarının səmərəli şəkildə icra edilməsi, vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin həyata keçirilməsi sahəsində münasibətləri tənzimləməkdir.
İctimai nəzarətin əsas mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza, və müraciətlərin araşdırılması daxildir. Qanun ictimai nəzarətin digər formalarda həyata keçirilməsini məhdudlaşdırmır.
Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət daşıyacaqlar.
Əgər qanun Milli Məclis tərəfindən qəbul olunarsa və təsdiqlənərsə, iyunun 1-dən qüvvəyə minəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=53670